Otellər niyə bahadır?-ekspert günahı rəqabət mühitinin olmamasında görür

Otellər niyə bahadır?-ekspert günahı rəqabət mühitinin olmamasında görür
"Rəqabətin zəif olması, aşağı ulduzlu otellərin azlığı nəticədə bu sahədə qiymətlərin baha olaraq qalmasına gətirib çıxarıb”

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda qonşu ölkələrlə müqayisədə otelərdə qiymətlərin hələ də baha olaraq qalmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.
 
Ekspertin sözlərinə görə, burada devalvasiya amilinin də rolu olub:
 
"Aparılan monitorinqlər göstərir ki, Azərbaycandakı istirahət mərkəzləri, o cümlədən otellər qonşu ölkələrlə müqayisədə rəqabət prosesində uduzurlar. Söhbət qiymət baxımından rəqabətdə uduzmaqdan gedir. Baxmayaraq ki, Fiflisdəki otellərin qiymətilə Bakıdakı otellərin qiymətində devalvasiyadan sonra müəyyən qədər yaxınlaşma baş verib. Amma qonşu ölkədə turizm cəlbi məsələsi daha çox rəqabətlidir. Ona görə də ora daha çox turist gəlməkdə davam edir. Ölkəmizdə otellərin qiymətinin baha olması bir neçə səbəbdən irəli gəlir. Baxmayaraq ki, manatın devalvasiyasından sonra otellərin qiymətində dollar ifadəsində müəyyən qədər azalmalar oldu.  Amma yenə də manat ifadəsində qiymətlər yüksək olaraq qalır. Bu da daxili turizmin inkişafını əngəlləyir. Halbuki Avropa Birliyində turizm gəlirinin 80 faizini daxili turizmdən gələn gəlirlər təşkil edir. O baxımdan manat ekvivalentində otellərin qiymətinin baha olması ölkəmizdə daxili turizmin inkişafını əngəlləyən faktorlardan biridir.  
Əsas məsələ ilə rəqabətlə bağlıdır. Yəni həmin sahədə qiymətin yüksək olması turizm sektorunda rəqabətin zəif olması ilə bağlıdır. Mövcud rəqabət səviyyəsi bizi qane etmir. Xüsusən də regionlarda rəqabət zəifdir. Bəzi bölgələrdə cəmi 1-2 otel olur ki, bu da rəqabət aparmağa imkan vermir. Xüsusən də paytaxtda 4 və 5 ulduzlu otellərə rast gəlirik. Aşağı ulduzlu otellər isə çox deyil. 
Aşağı ulduzlu otellərin çox olmaması da nəticə etibarı ilə qiymətlərə təsir göstərən faktorlardandır. Ona görə də ulduzu az olan otellərin sayının artırılmasına, təşviqinə ehtiyac vardır. Onun baş verməsi qiymətlərin tənzimlənməsinə gətirib çıxaracaq”. 
V. Bayramov düşünür ki, vergi güzəştləri otellərin qiymətinin aşağı enməsinə təsir göstərəcək: 
"Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi otel işinə vergi güzəştlərinin tətbiq edilməsinin tərəfdarıyıq. Bu mənada Rumıniya təcrübəsi tətbiq edilməlidir. Belədə otellərin xərci də azalar və onlar daha ucuz xidmət təklif edər”.
 
Qeyd edək ki, Azərbaycanda hələ də otellərin qiyməti olduqca bahadır. Dəfələrlə bu barədə fikrilər səslənsə, təkliflər verilsə də, hələ də otellərin qiyməti göstərilən xidmətə adekvat deyil. Qiymətlər baha olsa da, xidmət səviyyəsi aşağı olmaqüla ona cavab vermir. Belə vəziyyət xüsusən də özünü bölgələrdə gösətrir. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...