“Onu qalib görmək istəyirəm” - Maşından əlini çəkən Kəmalə niyə göndərilmədi?

“Onu  qalib görmək istəyirəm” - Maşından əlini çəkən Kəmalə niyə göndərilmədi?

Sosial şəbəkələrdə aparıcı Kəmalə Piriyevanın "Maşın” şouda əlini çəkməsi ilə bağlı görüntülər səs-küyə səbəb olub.

 Bəs qaydanı pozan iştirakçı nə üçün şouda uzaqlaşdırılmayıb? "M Group Production"dan bu məsələyə münasibət bildirilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli "Yeni Sabah”a açıqlamasında həmin görüntünün araşdırıldığını və Kəmalə Piriyevanın qayda pozuntusu etmədiyi deyib: 

"Digər əli maşının üzərindədir. Onun  ikinci əli maşının üzərindədir, sadəcə kadrda yoxdur, görünmür. Kəmalə Piriyeva dönəndə əlini dəyişir. Həmin an kameraya düşməyib. o hissədə elə görsənir, amma elə deyil”.

Bəs görəsən, həmin hadisə baş verərkən orada olan digər iştirakçılar bu barədə nə görüb, nə düşünür? Ötən gün anidən əlini maşından çəkərək şounu tərk edən Xalq artisti Fatma Mahmudova ilə əlaqə saxladıq. O da K. Piriyevanın əlini avtomobildən çəkmədiyini, şou zamanı belə hallarla rastlaşmadığını bildirib:

"Yox, əlini çəkməyib, yalan söhbətdir. Orada maşına ən layiqli namizəd elə Kəmalə Piriyevadır. Bunu mən deyirəm, vəssalam. İstəyirəm ki, o qalib gəlsin. Mən onu  qalib görmək istəyirəm. istəyirəm ki, o qalib gəlsin, gedib onu təbrik edəm”. 

Fatma Mahmudova oyunda iştirakından peşman olmadğını da deyib:

"Mənim şounu tərk etməyimin heç bir  xüsusi səbəbi yoxdur. Elə özüm gəldim. Şoudan ən xoş təəssüratlarla ayrılmışam. Şouya qatıldığım üçün qətiyyən peşman deyiləm. Şouya  nə olub ki? Camaat yalvarır ki, "Maşın” şouda iştirakçı olsun. Şou baxımlıdır, elə-belə yer deyil axı”. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri il...

Bu qan qrupu olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.   Sfera.az xəbə...

İlham Əliyev: "Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik"

Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublik...

Prezident: "COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır"

Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Pr...