\"New med\" klinikası 5 yaşlı körpəni belə \"öldürdü\" - FOTO

\
Azərbaycanda daha bir körpə xəstəxanada dünyasını dəyişib.

Sfera.az bildirir ki, bu barədə Bakı sakini, 1990-cı il təvəllüdlü Ceyhun Məmmədov BAKU.WS-ə şikayətində bildirib.

O, bildirib ki, qızı, 2014-cü il 20 sentyabr təvəllüdlü Füruzə Məmmədova yanvarın 13-də günorta saatlarında A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında dünyasını dəyişib.

Ceyhun bildirib ki, qızını ağır vəziyyətdə gecə saatlarında xəstəxanaya aparıblar. Xəstəxanaya daxil olarkən uşağın vəziyyəti ağır olub. Xəstəxananın Könül adlı növbətçi həkimi valideynlərə bildirib ki, Füruzənin halı olduqca pisdir. Ailə hər şeyə hazır olmalıdır.

 

C.Məmmədov deyir ki, qızı həkim səhlənkarlığının qurbanı olub.


O, bildirib ki, qızını Tibb Universitetinin Klinikası və "New med" tibb klinikasında çalışan Nəzakət adlı həkim müalicə edib.


Ata iddia edir ki, həkimin düzgün aparmaqdığı müalicə xəstədə əks göstərişə səbəb olub.


"Nəzakət xanım Füruzənin 2 aylığından həkimi olub. Biz getdik yanına, dedi ki, uşaqda heç nə yoxdur. Yanvarın 7-də onu "New med" tibb klinikasına apardıq.


Uşağı müayinə etdi, sonra bizi göndərdi Tibb Universitetinin Klinikasına. Uşağa günorta növbəsində sistem vuruldu. Əslində isə ona sistem vurulmamalıydı.


Uşağım həkimin səhlənkarlığdan öldü. Ona dedik ki, rentgenə salaq, dedi ehtiyac yoxdur.


 

Dedi ki, qrip belə davam edir. Uşağı ölümcül vəziyyətdə xəstəxanaya aparmışıq. A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında uşağın vəziyyətini ağır qiymətləndirdilər.


Lakin Nəzakət xanım deyirdi ki, qrip virusudur, düzələcək”, - deyə Ceyhun Məmmədov bildirib.


Qeyd edək ki, Füruzə Məmmədov xəstəxanaya aparılarkən oksigen 75-dən yuxarı qalxmırmış. Həkimlərin səyinə baxmayaraq, uşağın vəziyyətini düzəldə bilməyiblər.


Səhlənkarlıqda ittiham olunan Nəzakət xanımla əlaqə saxladıq. Həkim  bildirdi ki, uşaqların ölümündə valideynlərinin də səhlənkarlığı az deyil.


"Onların ağrı-acısı böyük olduğu üçün danışqlarını bilmirlər. Burada valideyn məsuliyyətsizliyi də rol oynayır. Bundan artıq nəsə demək istəmirəm.


Məsələ ilə əlaqədar Füruzənin dünyasını dəyişən xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi Azər Xudiyev açıqlamasında bildirdi ki, uşaq xəstəxanaya gətirilərkən halı çox pis olub.


"20 sentyabr 2014-cü il təvəllüdlü Məmədova Firuzə Ceyhun qızı 13 yanvar 2020-ci il tarixində saat 03:43-də preaqonal vəziyyətdə (ölümqabağı vəziyyət) A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına gətirilib.


Ona plevropnevmoniya, ikincili miokardit, III-IV dərəcəli tənəffüs çatışmazlığı, III dərəcəli ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Xəstəyə reanimasiyada intensiv terapiya aparılıb.


Ağciyərlər süni ventilyasiya aparatına qoşulub.


Təxminən 10 saat ərzində aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, 13:35-də xəstə dünyasını dəyişib”, - deyə Azər Xudiyev bildirib.


OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...