Muxtar Maniyevin ayağı amputasiya edildi – YENİLƏNİB

Muxtar Maniyevin ayağı amputasiya edildi – YENİLƏNİB
Azərbaycanın xalq artisti Muxtar Maniyevin sağ ayağı, dizdən yuxarı amputasiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzindən aktyorun həkimi məlumat verib.
O, M.Maniyevin şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib:
"Onun vəziyyəti yenidən ağırlaşıb. Huşu pozulub”.
Həkim bildirib ki, xəstə sağ ayağının dabanında və baş barmağında yaranan xoraya görə əməliyyat olunub.
Xatırladaq ki, 80 yaşlı xalq artisti Muxtar Maniyev qan təzyiqi və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ötən il aktyorun sol ayağı topuqdan aşağı amputasiya edilib.
12:15
Ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkən xalq artisti Muxtar Maniyevin müalicəsi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə Oxu.Az-a aktyorun ailəsindən məlumat verilib.
Bildirilib ki, aktyor komaya düşüb və həkimlərin səyi nəticəsində həmin vəziyyətdən çıxarılıb. Amma danışa bilmir.
Aprelin 4-də 81 yaşını qeyd edəcək aktyor indiyədək 157 filmə çəkilib.

OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...