Müəllimlərə şad XƏBƏR: Maaşlar artırılacaq

Müəllimlərə şad XƏBƏR: Maaşlar artırılacaq

Rayonlarda müəllimlərin qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyində Beynəlxalq Müəllimlər gününə həsr olunmuş media-brifinq keçirilib.

Modern.az xəbər verir ki, brifinqdə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, şöbə müdiri Aydın Əhmədov, şöbə müdiri müavini İlham Nağıyev iştirak edib. 

Cəsarət Valehov bildirib ki, 10 ay bundan əvvəl prezident Bakı şəhərində sınaq qiymətləndirməsindən keçən müəllimlərin məvaciblərin artırılması ilə bağlı sərəncam verib.  

“Bakı şəhərindən sonra ölkəmizin 12 bölgəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Müəllim ixtisasını seçən abituriyentləri motivasiya etmək üçün “Gələcəyin müəllimi” təqaüdü tətbiq edilib. Ötən il 300 tələbəyə bu əqaüd şamil olunub və bu il də ənənə davam etdirilib”,-deyə Cəsarət Valehov bildirib.  

O deyib ki, bu il 500 və daha artıq bal toplayan müəllimlik ixtisasını birinci və ikinci qeyd edən 300 tələbə”Gələcəyin müəllimi” təqaüdünü alacaq.   

“Müəllimlik ixtisasını birinci və ikinci yerdə qeyd edən 8656 nəfərdən 1269 nəfəri 500 və daha artıq bal toplayıb. Bu da ötən illə müqayisədə 5 faiz çoxdur. Bunu əvvəlki illərin statsitikası ilə müqayisə etsək yarıbayarı artıb. Eyni zamanda bu il müəllimliyi ixtisas seçənlərin orta keçid balı 364 olub”.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib ki, 2015-ci ilin sonuna qədər 12 şəhər və rayonda - Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda müəllimlərin hamısının diaqnostik qiymətləndirilməsi aparılacaq.  

“Gələn il Azərbaycanın 12 rayon və şəhərinin müəllimlərinin maaşları artırılacaq. İlkin ehtimala görə 35-40 min müəllim bu qiymətləndirmədə iştirak edəcək. Həmin müəllimlərin əmək haqları və dərs normalarına yeni qaydalar tətbiq olunacaq. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə 3462 vakant yer çıxarılıb. 24 mindən artıq müəllim sənəd verib, onlardan 19 minə yaxını imtahanda iştirak edib və 2618 nəfər işə qəbul edilib. Bu il biz eyni zamanda daimi işə qəbuldan əlavə müvəqqəti əsaslarla işə qəbul da keçirdik ki, bunların da sayı 450-ə yaxın idi”.

O qeyd edib ki, müəllimliyə kişilərin marağı artıb və bu tendensiya müsbət dinamika ilə inkişaf edir.  


OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...