Metroda yeni dispetçer mərkəzi fəaliyyətə başladı

Metroda yeni dispetçer mərkəzi fəaliyyətə başladı
 Bakı metropolitenində sonuncu dispetçer mərkəzi ən müasir sistemlərlə təchiz olunaraq yeni texnoloji korpusda fəaliyyətə başlayıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, metropolitenin funksional fəaliyyəti, əsasən, elektrik enerjisindən asılı olduğu üçün dispetçer idarəetməsində müasir sistemlərlə təchiz olunmuş mərkəzin qurulması yalnız mərhələlərlə aparılmalı idi. Mərkəzin tam funksionallığını təmin etmək məqsədilə ardıcıl fəaliyyət proqramı və iş planı hazırlanaraq həyata keçirilib.

Şəhərin və ölkənin enerji mənbələri ilə zəncirvari əlaqədən savayı, müxtəlif gərginlikli sahələrin lazım olan enerji ehtiyaclarının ödənməsi, ilk növbədə, qatarların hərəkətini təmin edən sistemlərin fəaliyyəti məhz bu mərkəzdən asılı olur. Dispetçer bütün elektrik təchizat sistemlərinə nəzarət edir, tənzimləyir, nizamlayır, ən əsası bu mürəkkəb mexanizmləri idarə edir. Həmçinin dispetçerin operativ qərarları, xüsusən qatarların hərəkəti zamanı yaranmış situasiyalarda qərarı təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də metropolitendə keçən il istismara verilmiş Bənövşəyi xəttin digər dispetçer mərkəzləri müstəqil fəaliyyət göstərsə də, elektrik təchizatı dispetçerinin işi vahid şəbəkə kimi bir mərkəzdən idarə olunur.

Tədbirlər planına uyğun olaraq, ilk növbədə, qatarların hərəkətini təmin edən dartı və dartı-alçaldıcı yarımstansiyaların yeni sistemə qoşulması işləri görülüb. Bu yarımstansiyalarda 1960-cı illərdə quraşdırılmış rele-kontaktor sistemi olan təmassız VRTF-3 kommunikasiya sistemi və onun MKT-3 elektron analoqu müasir elektron teleidaretmə sistemi ilə əvəzlənib.

Yeni mərkəzdə dispetçer bütün avadanlıqları, texniki göstəriciləri əyani müşahidə edib işini nəzarətdə saxlamaqla, məsafədən teleidarəetməni, tam olaraq, üzərinə götürüb. Teleidarəetməyə yarımstansiyanın götürdüyü yükdən, hərarət, cərəyan, gərginlik və s. hədlərdən tutmuş bütün sahələrin elektrik təchizatına, həmçinin ən kiçik məqamlara qədər hər bir proses daxildir. Bu yeniləşmə sayəsində idarəetmədə insan faktoru ən aşağı həddə endirilib və elektrik təchizatı təhlükəsizliyi ən yüksək həddə çatdırılıb.

Yeni sistem həm də dartı, dartı-alçaldıcı və alçaldıcı yarımstansiyaların fəaliyyətini nəzarətdə saxlayıb, yeri gəldikdə, qabaqlayıcı tədbirləri əvvəlcədən müəyyən etməyə və mümkün problemlərin qarşısını almağa kömək edir.

Daha bir mühüm cəhət SCADA sisteminə çıxışın təmin edilməsidir. Beləliklə, metropolitendə bütün sahələrin dispetçer idarəetməsinin SCADA sisteminə tam keçidinə şərait yaradılıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...