\"Məndən min manat pul istədi\" - \"Yoxlama\" verilişindən ittihama cavab

\
Gəncədə yerləşən "Nostalji" restoranı ilə tanınmış teleaparıcı Azər Zahidin müəllifi olduğu "Yoxlama" verilişi arasında qalmaqal yaşanıb.
 
 
Sfera.az xəbər verir ki, bu haqda restoranın direktoru Anar Məmmədov deyib.
 
O bildirib ki, "youtube"də yayımlanan "Yoxlama" verilişinin əməkdaşları ondan pul istəyib: "Bir neçə gün öncə bir nəfər mənə yaxınlaşaraq və dedi ki, restoranınız Gəncədə yaxşılar sırasındadır. Mənim yanıma gələn şəxsin adı Xaliq Camalzadə idi. O bildirdi ki, Azər Zahidlə bir yerdə verilişin aparıcısıdır. Dedi ki, gəlib sizdən veriliş çəkəcəyik. Buna görə də bizə min manat verməlisiz". 
 
Anar Məmmədov bildirib ki, pul vermədiyinə görə restoran haqda tənqidi veriliş hazırlanıb: "Mən pul vermədiyimə görə onlar bizim restoran haqda tənqidi veriliş hazırladılar. Dizaynımıza isə "taxta, tuxta" deyərək, buranı seçən insanları təhqir etdilər. Daha sonra mətbəximizə girmək istədilər, mən isə bildirdim ki, çəkiliş olmadan hər bir müştəri mətbəximizə daxil ola bilər, mətbəxlə tanış ola bilər". 
 
Anar Məmmədov hadisəylə bağlı videomüraciət də yayıb və bu haqda geniş danışıb.

"A Group Media"nın direktoru Fuad İsmayılzadə məsələylə bağlı AZXEBER.COM-a açıqlama verib.
 
O deyib ki, rəhbəri olduğu şirkət müqavilə qarşılığında xidmət göstərir və burada qəbahət bir iş yoxdur: "Bizim rəsmi dövlət qeydiyyatından keçmişik və xidməti işlə məşğuluq. Xidmət göstəririk və bunun qarşılığında ödəniş edilir. Bu ödəniş də müqavilə əsasında olur". 
 
Qeyd edək ki, "Yoxlama" layihəsinə "youtube" kanalından davam edir və verilişin aparıcısı Azər Zahiddir. 
 
"Youtube"də yayımlanan verilişi və qarşı tərəfin cavabını əks etdirən hər iki videonu təqdim edirik:



OXŞAR XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...