İŞİD-in yeni liderinin adı açıqlandı

İŞİD-in yeni liderinin adı açıqlandı

11:20

Dünən öldürüldüyü məlum olan İŞİD terror təşkilatının lideri Əbubəkrəl-Bağdadiyə əvəz tapılıb. 

"Newsweek" portalının məlumatına görə, əl-Bağdadinin ölümündən sonra terrorçular Abdullah Qardaşı özlərinə lider təyin ediblər. 

Sfera.az oxu.az-a istinadən bildirir ki, Hacı Abdullah əl-Afari ləqəbi ilə tanınan türkmən əsilli Abdullah Qardaş Bağdadinin sağlığında İŞİD liderinin din məsələləri üzrə köməkçisi olub. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp verdiyi açıqlamada Bağdadinin İdlibin Barişa kəndində keçirilən əməliyyat zamanı tuneldə sıxışdırıldığı, bundan sonra iki arvadı və üç uşağı ilə birlikdə özünü partlatdığını açıqlayıb. 

----------
09:44

İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin dünən öldürülməsi xəbərinin ardınca terror təşkilatının yeni liderinin təyin olunduğu barədə məlumat yayılıb.

 

Sfera.az  APA-ya istinadən xəbər verir ki, "Newsweek" saytı həmin şəxsin əl-Bağdadinin dini işlər üzrə köməkçisi Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Qardaşın olacağı ilə bağlı xəbər verib. 

Qeyd edək ki, əl-Bağdadinin öldürülməsi xəbərini ABŞ prezidenti Donald Tramp elan etdikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da "Twitter" hesabından "terrora qarşı apardığımız birgə mübarizəmizin dönüş nöqtəsinə çatdıq, Türkiyə bundan öncə olduğu kimi, bundan sonra da terrorla mübarizəyə davam edəcək", - meajını paylaşıb. 

Əl-Bağdadinin öldürülməsində ABŞ Rusiyaya, Türkiyəyə, Suriyaya, İraqa və suriyalı kürdlərə təşəkkür edib.

Suriyanın İdlib vilayətindəki bu ortaq əməliyyata 8 helikopterin cəlb edildiyi bildirilir.


OXŞAR XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəh...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...