“İran təkcə İsrail üçün deyil, Avropa və Rusiya üçün təhlükəyə çevrilir” – Araşdırma

“İran təkcə İsrail üçün deyil, Avropa və Rusiya üçün təhlükəyə çevrilir” – Araşdırma
İqor Subbotin

Nezavisimaya gazeta, 04.02.2019


İran modernləşdirilmiş "ağıllı döyüş başlıqlı” ballistik raketləri təqdim edib və onun dəyərləndirdiyinə görə, raketlər İsrail və Fars körfəzi ölkələrinin ərazisinə çatmağa qadirdir. Bu, İslam İnqilabının davam edən 40 illiyi təntənələrinin vaxtına salınıb. Ekspert mühitində diqqət yetirirlər ki, Tehran son dövrlərdə öz raketlərinin dəqiqliyinin yaxşılaşdırılması üzrə iş aparır. İsrail belə dir durumu təhlükəli sayır. Modernləşdirmə Tehranın özünün qabaqkı "Khoramshahr” ("Xürrəmşəhr”) raketlərini "ağıllı” döyüş başlıqlarıyla təchizatı sayəsində baş verib: birinci nəsil hələ 2017-də təqdim olunub. Yaxşılaşdırılmış versiya 2 ton ağırlığında  döyüş başlığına tab gətirə bilər. Onun hərəkət radiusu 2 min km-lə məhdudlaşır, amma müşahidəçilər deyirlər ki, raket uzağa da uçmağa qabildir. Çalışmanın alındığı haqda məlumat "Hoveyzeh” ("Huveyze”) adlı uzaqmənzilli qanadlı raketin anonsundan bir gün sonra gəlib. İran hərbi rəhbərliyinin sözlərinə görə, o, tez bir zamanda silahlanmaya daxil olacaq. İslam Respublikasının müdafiə naziri Əmir Hatəmi Tehranda çıxış edərək bildirib: ""Huveyze” raketinin uçuş mənzili 1350 km-dən çoxdur və bu, yerüstü hədəflərə tuşlanmaq üçün yaxşıdır”.

O, raketin əsas səciyyələri içində cəld reaksiyanı, uçuşun aşağı səviyyəsini və naviqasiyanın yüksək dəqiqlyini xatırladıb.

Tehranda özlərinin raket proqramlarının müdafiə və önləyici xarakterini özəl vurğulayırlar – dəyərləndirməyə görə, bölgəsəl və kürəsəl oyunçular tərəfindən mümkün təhlükələri  durdurmaqdan ötrü gərəkdir. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bildirib: ""Raket məsələsi”ndə demişik və deyirik ki, müdafiə bacarığımıza dair nədəsə güzəştə getməyəcəyik və başqalarına da qarışmaq imkanı vermərik”.

Bu kontekstdə İrana qarşı təkcə raketlərin buraxılması deyil, həm də sputnik texnologiyalarının inkişafı haqda iddialar irəli sürülür. Deməli, İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri ötən istirahət günlərində özəl qeyd edib ki, Qərb dövlətləri İranı kosmik sputniklər vasitəsilə raket proqramını inkişaf etdirmək cəhdlərində ittiham etməklə yalan danışır.

Amma burası da var ki, İsrail rəhbərliyi İranın raket proqramını müdafiə xarakterli saymağa meylli deyil. İsrail baş naziri Benyamin Netanyahu İslam Respublikasının bu sahədəki uğurlarını şərh edərək bildirib ki, yəhudi dövləti İranın Yaxın Şərqdəki siyasətinə qarşı durmağa üsul seçimində çətin ki ayaq saxlayacaq. "Biz sərəncamımızda olan mümkün bütün üsullardan istifadə edərək İrana qarşı fəaliyyəti sürdürəcəyik, – baş nazir hökumətin həftəlik toplantısında çıxış edərək deyib. – Mənim Tehrandakı tiranlara aydın ismarıcım var: sizin nə etdiyinizi və harada etdiyinizi bilirik”.

Netanyahu diqqəti buna yönəldib ki, İranda İslam inqilabının 40 illiyini qeyd edir və bununla bağlı "yeni raketlə qürrələnməyə” çalışırlar. Baş nazir eyham vurub – amma yəhudi dövlətini qorxutmaq çətindir.

"İran öz raketlərinin dəqiqliyinin yaxşılaşdırılması üzrə son illərdə olduqca fəal iş aparır, – hərbi ekspert Yuri Lyamin "NG” ilə söhbətdə etiraf edib. – Hətta ballistik raketlərin köhnə tipləri də bu iş çərçivəsində modernləşmədən keçir və ayrılan, yönəldilən yeni başlıq hissə əldə edir. Amma indiki halda söhbət sıradakından gedir: belə ayrılan, yönəldilən başlıq hissəni indi ilk dəfə 2017-də təqdim edilmiş yeni ortamənzilli "Khoramshahr” ballistik raketi üçün yaradıblar. Bu raket bəyan edilən 2 min km mənzilə malikdir, belə ki, Səudiyyə Ərəbistanı və İsrailin istənilən nöqtəsinə çatar. Ola bilsin, son buraxılış sınağında dekabrın başlanğıcında ABŞ-ın diqqətini belə cəlb edən "Khoramshahr” raketinin məhz bu variantını sınaqdan keçiriblər”.

İsrailin ekspert mühitində qeyd edirlər ki, İranın iddiaları təkcə Yaxın Şərq üçün təhlükə ifadə etmir. "İran təkcə İsrail üçün deyil, həm də bölgənin qalan ölkələrinə və hətta bölgədən qıraqda olanlara – Avropa dövlətləri və Rusiya üçün təhlükəli və destruktiv gücə çevrilir, – İsrail politoloqu, Avro-Asiya yəhudi konqresinin ictimai diplomatiya layihəsinin başçsı Ariel Bulşteyn deyir. – İran rejimində yüksəkdəqiqlikli döyüş başlıqlı raketlərin bu kontekstdə meydana çıxması təkcə İsraildə təşviş doğurmamalıdır – özəlliklə də İran bunların öz ərazisindən tətbiq ediləcəyi halda, əlbəttə ki, qisas aktının gələcəyini anlayaraq belə raketləri öz ərazisində yerləşdirməyə cəhd etmədiyi bir vaxtda. İran rəhbərliyi belə bir cavab almamaq üçün belə raketləri ona vassal rejim görünən Suriya torpağında yerləşdirməyə çalışır”.

Analitik Tehranın bununla bağlı hərəkətini Suriya torpağından savaş qızışdırmağa gerçək cəhd adlandırır. "Qüdsdə mümkün hər şeyi etməyə çalışırlar ki, bu növ hücum silahının Suriya ərazisində yerləşdirilməsinə yol verilməsin, – Bulşteyn deyir. – Əlbəttə, bu, İsrailin bütün hərbi imkanlarını işə salır, amma birinci növbədə diplomatiyaya vurğu etmək təklif olunur”.

Tərcümə Strateq.az-ındır.


OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...