İlham Əliyev qurğunu işə saldı

İlham Əliyev qurğunu işə saldı

Prezident İlham Əliyev Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanallından suvarma suyunun verilməsi mərasimində iştirak edib. 

Sfera.az xəbər verir ki, Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində mühüm əhəmiyyət kəsb edən su elektrik stansiyası ilə birlikdə ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi müvəffəqiyyətlə başa çatdırılıb. 

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirib ki, "Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan Xızı rayonu üzrə hazırlanan layihədə cəmi 12 min 579 hektar sahənin 9 min 609 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 2 min 970 hektarında mövcud əkin sahələrinin su təminatinin yaxşılaşdırılması nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Xızı rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə salıb.

İlham Əliyev yaradılmış imkanlardan səmərəli istifadə edilməsi, növbəti layihələrin vaxtında və uğurla icra olunması ilə bağlı müvafiq nazirliklərin və qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.


OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...