İlham Əliyev Münxendə "Goetzpartners" şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb - FOTO

İlham Əliyev Münxendə "Goetzpartners" şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb -  FOTO

Fevralın 12-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Goetzpartners" 

şirkətinin sahibi və icraçı direktoru Stefan Qötz ilə görüşü olub.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan

 və 9 ölkədə 12 ofisi yerləşən "Goetzparners" şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət

 göstərməkdə maraqlı olduqlarını bildirdi.

Dövlətimizin başçısı Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu,

 onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söylədi. Prezident İlham Əliyev 

"Goetzparners" şirkətini Azərbaycanda fəaliyyətə dəvət etdi.

Stefan Qötz dəvətə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.


OXŞAR XƏBƏRLƏR

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...