İlham Əliyev Mixail Qusmanı təbrik etdi

İlham Əliyev Mixail Qusmanı təbrik etdi
 

Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana təbrik məktubu göndərib.

Sfera.az  bildirir ki, məktubda deyilir:

"Hörmətli Mixail Solomonoviç,

70 illik yubileyinizlə əlaqədar mənim səmimi-qəlbdən təbriklərimi və ən yaxşı arzularımı qəbul edin.

Sizin geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə layiqli nüfuz və hörmət qazandırıb. Xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində əvəzsiz müəllifi və aparıcısı olduğunuz "Hakimiyyətin formulu” verilişi bütün dünyada tamaşaçı auditoriyası arasında çox populyardır.

Azərbaycanda Sizi sevir və dəyər verirlər. Siz uzun müddət ərzində Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə geniş töhfə verirsiniz və bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xidmət edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, gələcək yaradıcılıq uğurları arzulayıram, ən xoş arzularımı çatdırıram”.


OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...