İcbari Tibbi Sığortanın mərhələli tətbiqinə etiraz: “YANLIŞLIQLARA YOL VERİLİB…”

İcbari Tibbi Sığortanın mərhələli tətbiqinə etiraz: “YANLIŞLIQLARA YOL VERİLİB…”

"Açığı icbari tibbi sığortanın bu şəkildə tətbiq olunmasını anlamıram”.


Sfera.az-a açıqlamasında bu sözləri əhalinin çoxdan gözlədiyi icbari tibbi sığortanın eyni anda deyil, yalnız regionlara bölünməklə 4 mərhələdən keçəndən sonra il ərzində bütün ölkəyə şamil ediləcəyi məsələsinə toxunarkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

 

"İcbari tibbi sığortanın pilot rayonlarda tətbiqi baş verdi. İndi isə onun regionlar üzrə bölünməklə hissə-hissə tətbiqi anlaşılan məsələ deyil. Tibbi sığortanın əvvəldən tətbiqi istiqamətində xeyli yanlışlıqlara yol verilib. Nəticədə onun tətbiqinə cavabdeh olanlar indi faktiki olaraq görürlər ki, deyilən şərtlər daxilində icbari tibbi sığortanın birdən-birə bütün respublika üzrə tətbiqi real deyil. Ona görə də indi keçirlər mərhələli tətbiq məsələsinə”.

 

Bu isə həmsöhbətimizə görə, məsələ ətrafında xaotik vəziyyət yaradacaq: "Görünən odur ki, onu tətbiq edənlər mövcud vəziyyəti 5-6 ay öncədən hesablamaq, proqnozlaşdırmaq qabiliyyətində olmayıblar. Ona görə də 6 ay öncə məsələnin eyni anda bütün ölkə boyu tətbiq ediləcəyini desələr də, bu gün artıq mərhələli tətbiqdən danışırlar. Belədə, prosesə məsul olan qurum onu əvvəlcədən hesablaya bilməyibsə, bundan sonrakı mərhələdə prosesi uğurla tətbiq edə biləcəyinə mənim şübhəm var”.

 

"Belə daha rahatdır”

 

Milli Məclisin deputatı Musa Quliyev isə sayta açıqlamasında prosesin işə salınması gedişində qarşıya çıxa biləcək problemlərin kütləvi olmaması və onu rahat şəkildə aradan qaldırmaq üçün mərhələli keçidi daha məqsədəuyğun hesab etdi: "Tibbi sığortanın gələn il ərzində regionlar üzrə mərhələli şəkildə tətbiqi məsələsi dünya təcrübəsində var. Təcrübə göstərir ki, kadr təminatı, idarəetmənin formalaşması, ortaya çıxacaq problemlərin kütləvi olmaması baxımından prosesi bu cür həyata keçirmək daha rahatdır. Eyni zamanda, regionların birində tətbiq edilərkən ortaya çıxan çətinliklərin vaxtında öyrənilib, digər regionda həmin problemlə üzləşməmək, həm də büdcənin formalaşması mənasında məsələnin mərhələli həlli daha məqsədəuyğundur. İndilikdə icbari tibbi sığorta yalnız dövlətdən ayrılan vəsaitlər hesabına təmin ediləcək. Amma bir müddətdən sonra artıq sığortaçıların da Sığorta Fonduna pulları gələcək. Məhz gərginlik yaratmamaq məqsədilə icbari tibbi sığortanı gələn il regionlar üzrə mərhələli şəkildə həll edəcəyik. Yəni, prosesə hissə-hissə keçmək daha uyğun variantdır”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...