Hökumət problemli kreditləri həll etmək qərarına gəlib

Hökumət problemli kreditləri həll etmək qərarına gəlib
"Bu addım ölkənin maliyyə bank sektorunun dayanıqlığını artıra bilər”
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan hökumətinin Mərkəzi Bank, Maliyyə Bazarına Nəzarət Palatası və kommersiya banklarına problemli kreditlərlə bağlı müvafiq tapşırıqlar verməsilə bağlı son zamanlar səslənən fikirlərə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib. 

Həmsöhbətimizin fikrincə, belə bir addımın atılması vətəndaşlar arasında da yeni iqtisadi aktivliyə təkan verəcək:

"Son qərarlar göstərir ki, hökumət problemli kreditlər məsələsində artıq konkret addımlar atmaq qərarına gəlib. Bu yöndə verilən tapşırığın nədən ibarət olduğunu demək çətindir. Amma böyük ehtimalla tapşırıq ilkin olaraq konkret olaraq problemli kreditlərlə bağlı detallı məlumatların toplanması, filtiralizasiyası və bu istiqamətdə növbəti qəbul ediləcək qərarın hansı formada olacağının müəyyənləşdirilməsilə bağlı olub. Bu mənada da məsələnin həlli ehtimalı hazırda daha yüksəkdir. Problemli kreditlər təxminən 350-500 min nəfərə qədər insanı əhatə edir. Düzdür, onların böyük əksəriyyəti kiçik həcmli kreditlər alıb. 
Amma buna baxmayaraq, problemin həlli ailələr üzrə maliyyə təzyiqlərini müəyyən qədər neytrallaşdırıla, bankların likvidliyini artıra, onların kredit imkanlarının genişlənməsilə dolayısı ilə iqtisadiyyata kredit qoyuluşlarını da yüksəldə bilər.  Nəticədə müştərilərin böyük qismi problemli kreditlər siyahısından çıxarılacaq. Növbəti addım olaraq da bu istiqamətdə əfvin gündəmə gəlməsi mümkündür. Beləliklə də bank sektorunda yeni mərhələ və canlanma yaranacaq. Bankların adekvatlığı və likvidliyi probleminin öz həllini tapması ilə ölkənin maliyyə bankl sektorunun dayanıqlığı arta bilər”. 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hökumətin Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına problemli kreditlərlə bağlı müvafiq tapşırıqlar verdiyini bəyan edib. Deyilən bu fikir isə istər-istəməz problemli kreditlərlə bağlı məsələnin həllinə olan ümidləri bir qədər artırıb. Hazırda yarım milyona yaxın insan belə bir problemlə üz-üzədir. Problemli kreditlərin həcmi isə 1,7-1,8 milyard manata yaxındır.
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...