Hitlərin ölümü ilə bağlı gerçəklər üzə çıxdı – SON TƏDQİQATLAR

Hitlərin ölümü ilə bağlı gerçəklər üzə çıxdı – SON TƏDQİQATLAR
Rusiya dövlət arxivindən əldə edilən məlumatlara əsasən fransız alimlər mövcud dəlillərə söykənərək Hitlerin 1945-ci idə öldüyünü açıqlayıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, son aparılan tədqiqatlar Hitlerin 1945-ci ildə başına güllə sıxaraq özünü öldürdüyünü təsdiq edir.

Fransız alimlər II Dünya Müharibəsi sırasında Nazi Almaniyasının lideri Adolf Hitlerin 1945-ci ildə öldüyünü təsdiqləyən sübutlar haqda ictimaiyyətə geniş məlumat verib. 

"European Journal of Internal Medicine" dərgisində yayımlanan məlumatda da Hitlerin 1945-ci ildə öldüyü təsdiqini tapıb. 

Rusiyanın paytaxtı Moskovada 2000-ci ildə sərgilənən Hitlerin dişlərinin olduğu çənə sümüyü üzərində araşdırmalar aparan tədqiqatçılar belə qənaətə gəliblər ki, Nazi lideri 1945-ci ildə 30 apreldə ölüb. 

Daha öncə də bununla bağlı müəyyən araşdırmalar aparılsa da, tədqiqatı davam etdirmək üçün sübutdan müəyyən parçaların alınmasına icazə verilməmişdi.

Tədqiqatların nəticəsi kimi dişlərdə ağ izlər aşkarlanıb. Vegeterian olan Hitlerin dişlərində barıt izlərinə rast gəlinməyib. Bu da Hitlerin tapançanı ağzına tutaraq özünü öldürməsi iddiasının üstündən xətt çəkir. 

Tədqiqat zamanı həmçinin, Hitlerin taxma dişlərinin üzərində, diş metalları arasında kimyəvi reaksiyadan yaranan mavi rəngli izlər aşkarlanıb. 
Moskvada arxivdən əldə edilən məlumatlara əsasən Hitlerin kəllə skeletində yaranan dəliyə səbəb güllə olub. 

Beləliklə də, tarixçilər rus əsgərlərinin Berlinə daxil olmağa hazırlaşdığı bir müddətdə Hitlerin yeraltı sığınacağında bir müddət öncə ailə qurduğu Eva Braunla birgə intihar etdiyini təsdiqləyiblər. Məlumata görə daha sonra Hitlerin cəsədi Nazi liderləri tərəfindən yandırılıb, kəllə və alt çənə sümüyü isə Stalinin əmri ilə rus əsgərləri tərəfindən Rusiyaya gətirilib.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...