Hərbi təyyarə vuruldu, pilot əsir götürüldü - Foto/Video
17:28 / 07.05.2019
2551
Xəlifə Haftərə sadiq Liviya Milli Ordusu Tripolidəki Milli Razılaşma Hökumətinə məxsus "Mirage F-1” qırıcı təyyarəsini vurub.
Məlumata əsasən, Liviya Milli Ordu qüvvələri vurulan təyyarənin pilotunu əsir götürüb. Pilotun Portuqaliya vətəndaşı olduğu qeyd edilir.
Xatırladaq ki, Xəlifə Haftər aprelin 4-də Liviyanın Tripoli şəhərini ələ keçirmək üçün komandanı olduğu orduya əmr verib. Bu günə kimi yüzlərlə liviyalı döyüşlərdə ölüb və yaralanıb.