Həbsdə olan Fuad Abbasov Azərbaycana deportasiya olunmayacaq

Həbsdə olan Fuad Abbasov Azərbaycana deportasiya olunmayacaq
 

Rusiyada həbs olunan jurnalist Fuad Abbasov Azərbaycana, əvvəlcədən bildirildiyi kimi, mayın 28-də deportasiya olunmayacaq.

Sfera.az ONA-ya istinadən xəbər verir ki, Fuad Abbasovun vəkili Teyyub Şərifov bildirib ki, jurnalistin Rusiyadan deportasiya edilməsi ilə bağlı qərardan yuxarı instansiya məhkəməsinə şikayət verildiyi üçün onun deportasiyası qeyri-müəyyən vaxta qədər təxirə salınıb:

"Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı Ximki Şəhər Məhkəməsinin qərarından Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti vermişik. Hələlik ilkin məhkəmə iclasının vaxtı təyin olunmayıb. Ancaq bu şikayətə baxıldıqdan sonra məhkəmə Fuadın Azərbaycana deportasiyasının qanuni olub-olmayacağı barədə qərar verəcək".

Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F.Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır. 


OXŞAR XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəh...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...