Havaların sərin keçməsinin səbəbi bilindi

Havaların sərin keçməsinin səbəbi bilindi

Bu gün də daxil olmaqla, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında sentyabrın birinci ongünlüyü üçün səciyyəvi olan hava şəraiti müşahidə edilib.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Atlantik okeanı siklonlarının Qərbi və Şərqi Avropa üzərindən hərəkət edərək ölkəmizə daxil olması nəticəsində havanın temperaturu enib, küləkli və yağışlı hava şəraiti müşahidə edilib.

Mövcud hava şəraitinin avqust ayı üçün səciyyəvi olmadığını deyən M.Həsənov əlavə edib ki, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 28-29 dərəcə isti müşahidə edilir.

Avqust ayında bundan sonra isti günlərin müşahidə edilməcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirən alimin sözlərinə görə, hələlik ölkədə siklon sakitləşməsə də, 2-3 gündən sonra havanın temperaturunun yenidən yüksələcəyi və avqust ayı üçün xatrakterik olan temperaturun müşahidə ediləcəyi ehtimal edilir: "Yaxın 2-3 gündən sonra Bakıda və Abşeron yarımadasında yenidən 30-33 dərəcə istinin olacağı mümkün ola bilər. Ancaq bu, bir ehtimaldır. Çünki qəfil hərəkətə keçən siklonların təsiri altında hava şəraiti dəyişə bilər”.

M.Həsənov Bakıda və Abşeron yarımadasında sonuncu dəfə 2009, 2013-cü illərdə avqustun birinci ongünlüyündə havanın builki kimi sərin keçdiyini - temperaturun təxminən müsbət 28-29 dərəcə olduğunu nəzərə çatdırıb.


OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...