Gürcüstanda ardıcıl iki zəlzələ oldu

Gürcüstanda ardıcıl iki zəlzələ oldu

Gürcüstanda iki dəfə zəlzələ baş verib.

"Qafqazinfo”nun "Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Axaltsixe rayonunun Atskuri kəndində qeydə alınıb. Kənddə bir dəqiqə intervalla 3,3 və 3,5 maqnitudalı zəlzələ olub.

Birinci zəlzələnin ocağı yerin 13 km, ikincininki isə 6 km dərinliyində yerləşib.

Dağıntılar və xəsarət alanlar olmayıb.


OXŞAR XƏBƏRLƏR