Gəncə hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Gəncə hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə rəsmi məlumat yayıb.

Sfera.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.

Ötən müddətdə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Maarif Hacıyevin və Xəyal Qafarovun, onlar ilə eyni cinayətkar niyyətləri və radikal dini baxışları bölüşən Şahlar Rzayev, Rəşad Böyükkişiyev, Kamal Quliyev və digər şəxslərlə cinayət əlaqəsinə girib sosial şəbəkələrdə, şəxsi görüş və söhbətlərdə zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymaları, bu məqsədlə insanları iyulun 10-da saat 20.00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplamaq barədə çağırışlar yaymalarına əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə həmçinin adları çəkilən şəxslərin Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaları, zorakılıqlar törətməsi, o cümlədən hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmələrinə, həmin hadisələrdə fəal iştirakına, Xəyal Qafarovun, Samir İbrahimovun və Əli Rzayevin həm də qanunsuz olaraq əl qumbaraları, avtomat silahlara aid patronlar, külli miqdarda narkotik vasitə əldə edib saxlamalarına, gəzdirmələrinə və daşımalarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş Cinayət Məcəlləsinin 220.1 (Kütləvi iğtişaş) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı noyabrın 26-da, Cinayət Məcəlləsinin 220.1, 228.1 (Qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə), 234.4.3-cü (Bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması) maddələri ilə təqsirləndirilən Xəyal Qafarov, 220.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, 220.1, 228.1, 234.4.3 və 315.2-ci maddələri ilə təqsirləndirilən Samir İbrahimov, 220.1, 234.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Əli Rzayev, 220.1-ci maddəsi ilə təqsirləndirilən Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev və Qadir Hüseynov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı isə noyabrın 30-da tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 

OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...