Fuad Abbasov Azərbaycana deportasiya edildi
21:07 / 25.06.2019
3813
Rusiyada saxlanılmış azərbaycanlı jurnalist Fuad Abbasov deportasiya edilib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.
Belə ki, 25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb.