Ermənistan ordusunda itki: rəis və əsgər öldü - YENİLƏNİB

Ermənistan ordusunda itki: rəis və əsgər öldü - YENİLƏNİB

Ermənistan İstintaq Komitəsi əsgər Karen Avetisyanın ölümü ilə bağlı məlumat yayıb.

 "News.am" xəbər verir ki, məlumatda hərbçisi Karen Avetisyanın çənə nahiyəsindən aldığı güllə yarasından öldüyü qeyd olunub.

Bildirilib ki, 19 yaşlı hərbçi pulemyotdan özünə atəş açaraq intihar edib.

Bundan başqa aprelin 26-də Ermənistanın Müdafiə Nazirliyinin "N" saylı hərbi hissənin mühəndis xidmətinin rəisinin cəsədi aşkar edilib. Saat 08:00 radələrində Nor Norkun 5-ci massivində 41 XV 001 nömrəli "Nissan March" avtomobilində cəsəd tapılıb. 

Aydınlaşıb ki, ölən şəxs İrəvan şəhər sakini 31 yaşlı Armen Tsaduryandır. İlkin məlumatalara görə, o, infarkt nəticəsində həyatını itirib. 

Məlumatalara görə, mayor Tsoduryan Nubaraşen hərbi hissəsində mühəndis xidmətinin rəisi vəzifəsində xidmət edib.

----------

11:53

 

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi intihar edib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
İnformasiyaya əsasən, müddətli hərbi qulluqçu, 19 yaşlı Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb. O, pulemyotdan özünə atəş açaraq intihar edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. 
Məlumata görə, bu, son bir həftə ərzində Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən 3-cü hərbçidir. 


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...