Əli Mirəliyev: \"Toylar adı ilə qadınlar özlərinə \"çerez kravat\" sponsor tapırlar\"

Əli Mirəliyev: \

Sfera.az xəbər verir ki, "A24.Az" "İllərin o tayı" layihəsini davam etdirir. Layihənin növbəti qonağı Əli Mirəliyevdir.

Heç xatirimdən çıxmır…
Valideynlərim və məni dünyaya tanıdan Gülara Əliyeva xatirimdən çıxmır. Kasıb ailədə böyümüşəm, yatmağa yerimiz yox idi, qaynanam öz həyətində yer verdi, ailə qurdum. Anamın yox, qaynanamın şəklini asmışam otaqdan.

Təəssüf edirəm ki, …

Təəssüf edirəm ki, müğənni oldum. İrad bildirirdilər ki, dilin pəltəkdir, müğənni ola bilməyəcəksən. İndiki müğənnilərə baxıram şükür edirəm ki, o vaxtın müğənnisi olmuşam. Bu günkü gündə müğənnilər tamam başqa şeylərə qulluq edirlər, müğənniliyə yox. Toylar adı ilə qadınlar özlərinə "çerez kravat" sponsor tapırlar, məqsəd də sərvəti olsun, studiyalara pul verib özləri efirlərə çıxarsınlar. Azərbaycan musiqisindən xəbərləri yoxdur. Dırnaqarası xalq artistləri, əməkdar artistlərini görürəm.

Ən böyük günahım…
Vaxtında bəzi insanların fikirlərinə inanadım, gərək inanamayaydım. Bəstəkarlar, şairlər dedilər ara mahnısı oxumursan, isdedadlı müğənni olacaqsan, bu yoldan dönmə. Bu gün efirlər toy olub. Gərək mən də ara mahnıları oxuyaydım. İndi toy mahnısı oxuyan xalq artistidir, amma Azərbaycan musiqisi oxuduğuma görə heç bir adım yoxdur.

Peşimanam ki, …
Peşimanam ona görə ki, efirdə kitab sözləri ilə yox, Bakının yuxarı məhəlləsinin ləhcəsində danışıram. Çalışıram düzəldim, başqa yerdən sual veriləndə hirslənirəm ləhcəylə danışıram yenidən. Oxumağım düzgün olsun, adam var tərbiyəli danışır, tərbiyəsiz oxuyur, tərbiyəsiz danışım, oxumağım tərbiyəli olsun.
İlk sevgilimə demək istəyərdim ki, …
Allah yerini rahat etsin, qalmışam sənsiz burda, darıxıram sənin üçün…
Hazırda səhnədə nələri və kimləri görmək istəməzdim…

90% müğənniləri görmək istəməzdim. Hamısını atasan traktorun qarşısına atasan erməni qəbirstanlığına.
İndiki ağlım onda olsaydı…
Üzlərini dartdıran, sırğa taxan, butulka şalvar geninən kişi müğənnilərini efirdən uzaqlaşdırardım.
İllərin o tayındakı Əli Mirəliyevə demək istərdim ki, Alik, sən həyatını düzgün yaşamısan bu həyatda.


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...