Gündəm

Dövlət idarəsində VACİB GÖRÜŞ

Dövlət idarəsində VACİB GÖRÜŞ

Dövlət Sosial Müdafiə Fondunda Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Sfera.az baku.ws-ə istinadən bildirir ki, görüşdə növbəti mərhələdə Azərbaycanın pensiya təminatı sistemində reallaşdırılması nəzərdə tutulan islahatlar çərçivəsində görülən işlər müzakirə olunub.

Qonaqları səmimi salamlayan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının 

tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya

 sisteminin inkişafına və beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin 

həllinə nail olunub.

E.Mehdiyev vurğulayıb ki, bütün bunlarla yanaşı, Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli 

maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya

 sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən 

müasir tələblərə uyğunlaşdırılması zəruridir. Bu sahədə mühüm vəzifələrin icrasını hədəfləyən və növbəti 

mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyən edən "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" ölkənin pensiya sistemini təkcə sosial öhdəliklərdən çıxış edən təsisat kimi deyil, bütövlükdə iqtisadiyyatın əsas həlledici həlqəsi kimi nəzərdən 

keçirir.

Azərbaycanın sığorta-pensiya sistemi qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik 

adaptasiya imkanına malik olmalıdır və bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəflənir ki,

 bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat 

gəlir əldə edə bilməsinin təmin olunmasıdır.

Qeyd olunan hədəflərin reallaşdırılması baxımından zəruri islahat tədbirləri sırasında ilk növbədə pensiya 

təminatında sığorta prinsiplərinin gücləndirilməsi, pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin

 balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta 

haqlarının təyin olunan pensiya məbləğinə mütənasib olmasının gözlənilməsi çıxış edir. Sığorta-pensiya 

sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə

 digər vacib istiqamət bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri

 ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi məsələsidir.

Göstərilən vəzifələrin kompleks həlli üçün sığorta-pensiya sisteminin fəaliyyət düsturu kimi qəbul edilən

 pensiya formulunun inkişafın yeni mərhələsinə uyğun tələblər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur

ki, bu da həm ayrı-ayrı iştirakçıların təminatı, həm də ümumilikdə sistem üzrə mövcud problemlərin həlli

 baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni pensiya formulunun tətbiqi ilə birincisi, sosial sığorta prinsiplərinin 

daha da dərinləşdirilməsi ilə sistemin yeni maliyyə modeli qurulacaq, ikincisi, qeyri-sığorta ödəmələrinin 

məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi minimuma endiriləcək və dövlətin 

öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəlikləri fərqləndiriləcəkdir.

Real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın digər əsas istiqamətini təşkil edir. Qeyd edilən 

islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya

 institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur.

Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək qiymətləndirən Dünya Bankının baş iqtisadçısı 

Zoran Anuşiç bu sahənin gələcək inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərin mütərəqqi dünya praktikasına uyğunluğunu qeyd edib. Kompleks islahat tədbirlərinin aktuar qiymətləndirmələrin nəticələrinə əsaslanmasının vacibliyini vurğulayan qonaq  ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondunda aktuar tədqiqatlar sahəsində 

kadr potensialının gücləndirilməsi və aktuar savadlılığın artırılması məqsədi ilə Dünya Bankı tərəfindən 

PROST modelin tətbiqi ilə bağlı təlimlər keçirildiyini, bu təlimləri uğurla başa vuran Fondun əməkdaşlarına

 sertifikatlar və modeldən istifadəyə dair lisenziyalar təqdim olunduğunu diqqətə çatdırıb. Qonaq təmsil 

etdiyi qurum ilə Dövlət Sosial Müdafiə Fondu arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, birgə 

əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib.  

Görüşdə  Dövlət Sosial Müdafiə Fondunun Dünya Bankı ilə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031