Dövləti cinayətləri gizlətmiş keçmiş hərbçi öz simasını gizlədə bilmədi

Dövləti cinayətləri gizlətmiş keçmiş hərbçi öz simasını gizlədə bilmədi

Dünyada ən çətin, lakin ən müqəddəs peşələrdən biri heç şübhəsiz ki hərb işidir. Çünki hərbçi gəncliyini, taleyini Vətəni üçün qurban verən bir şəxsdir, o bu peşəni seçim edəndə gözləri önündə hansı çətinliklərin, əzab-əziyyətlərin dayandığını çox yaxşı bilir və bu yolda öz canını da fəda etməyə hazırdır. İstər Qarabağ müharibəsində, istərsə də sonuncu aprel əməliyyatında çoxlu sayda hərbi peşə sahibi Vətəni, xaılqı qorumaq naminə canından keçdi. Samid İmanov, Murad Mirzəyev, Raquf Orucov, Elnur Əliyev kimi vətənpərvər zabitlər döyüşlərdə fədakarlıq göstərib şəhadət zirvəsinə yüksəldilər. Gənclər arasında Vətənə sədaqət hissini aşılayan ən əsas şəxslər də məhz hərb yolunu keçmiş və gördüklərini, təcrübəsini gələcək nəsillərlə bölüşən ehtiyyatda olan hərbçilər olmalıdır.

Sosial şəbəkələrdə Nazim Bayram imzası ilə çıxış edən keçmiş hərbçi də bir müddət əvvəl etdiyi xeyli sayda paylaşımlarda özü haqqında vətənpərvər, sözün düzünü deyən, haqq tərəfdarı olan bir qazi təsəvvürü yaranırdı. Azərbaycanın hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayanda da haqq sözünü deyənlər arasında onun adına rast gəlindi. "Qəzalar istisna olsa da, qaçılmazdır” fikrinə istinad edən Nazim Bayram kimlərsə generalların sayına görə ordumuzu lağa qoyanda da həqiqət prizmasından öz mövqeyini açıqlamışdı. O qədim Romada yaranmış "öz ordusunu yedizdirməyən xalq düşmən ordusunu yedizdirəcək” misalını dəyişdirərək, "öz ordusuna gülən xalq düşmən ordusundan ağlayacaq” fikrini irəli sürmüşdü. 

Şübhəsiz ki, hər bir hərbçini fərqləndirən əsas xüsusiyyət mətinliyi, sözünün bütövlüyü və əqidəsinə sadiq qalmasıdır. Yuxarıda adı qeyd olunan Nazim Bayram adlı şəxs isə son vaxtlar xəyanətkar cəbhənin "pəhləvanları” sırasında görünməyə başlayıb. Ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadənin həqiqətləri təhrif edən sicilləmə çıxışlarını bəyənənlərdən biri də məhz odur. Özünü qazi adlandıran Nazim Bayramın bir an içində mövqeyini 180 dərəcə dəyişməsi sual doğurmaya bilməzdi. 

Hərb sahəsində ömrünün çoxunu fəda etmiş şəxslər arasında aparılan sorğu bütün suallara aydınlıq gətimiş oldu. Belə ki, özünü dövlətçiliyə sadiq qələmə verən Nazim Bayramın əsl məqsədi qaranlıq keçmişini ört-basdır etmək olub. Əldə etdiyimiz məlumata görə, onun üzərində 10 ildən çox müddətə həbs işləri var. Cinayətinin maddələri arasında isə əsas diqqətimizi çəkən məqam "Vətənə xəyanət” maddəsi olub, bu da 1994-cü ildə dövlət çevrilişinə cəhd hadisəsinə görə baş verib.

Beləliklə, bir müddət saxta vətənpərvərlik donuna girən Nazim Bayram sonradan əsl iç üzünü açaraq hansı xislətdə olduğunu əyani nümayiş etdirmiş oldu.

Bu gün Azərbaycan artan iqtisadi gücündən bəhrələnib orduya səxavətlə pul xərcləyir, bunu hamı görür, başa düşür. Ölkədə xeyli sayda sosial yönümlü tədbirlər görülür, müasir hərbi şəhərciklər inşa edilir, hərbi qulluqçulara dövlət hesabına daimi mənzillər verilir. Artıq son beş-altı ildə minlərlə hərbçi ailəsinin mənzilə olan problemi həllini tapıb. Dövlətin ayırdığı yüksək kirayə haqqı da hərbçilərin sosial şəraitini xeyli yaxşılaşdırıb. Cəbhə xəttində xidmət edənlər isə xüsusi imtiyazlara malikdirlər. Şübhəsiz, mürəkkəb və ekstremal şəraitdə döyüş tapşırıqlarını icra edən hərbi qulluqçular yüksək diqqət və qayğıya layiqdirlər. 

Təbii ki, həyata keçirilən bütün bu işlərin Vətənə xəyanət etmiş bir şəxs tərəfindən həzm etməsi çətin gəlir. Ordumuzun uğurlarının artması fonunda isə bəzilərinin geydiyi maskalar da dözüm gətirməyərək yırtılır.

Digər tərəfdən əvvəlcə cəbhədə vuruşub sonra dövlət çevrilişinə cəhd edən, habelə, ordu rəhbərliyinin şəninə tərif deyib, 4-5 ay sonra tam əks fikirlər səsləndirən insanı ümumiyyətlə ciddiyə almaq da düzgün deyil. Misal üçün, may ayında dərc olunmuş, orduda həyata keçirilən islahatlara və ordu rəhbərliyi haqqında müsbət fikirlər vurğuladığı yazıda (//rakus.az/zakir-hesenovun-mudafiesinde-durmaliyiq/Nazim Bayram belə qeyd edir: "Radikal müxalifət iqtidara qarşı mübarizəsində orduya və şəxsən müdafiə naziri general-polkovnik Zakir Həsənova qarşı qaralama kampaniyalarından istifadə edir. Sanki son 6 ildə orduya çağırışda, hərbçilərin xidmət-məişət, sanitar-gigiyenik şəraitində, hərbi qulluqçuların arasında münasibətlərin nizam-intizam çərçivəsində tənzimlənməsində, mənəvi-psixoloji durumda, əsgərlərin qida, geyim və s. təminatında və tibb xidmətində, bölmələrin döyüş hazırlığının və peşəkarlığının artmasında, yenidən silahlanmada və s. inkişafı, ordumuzun 2016-cı il aprel, 2018-ci il Naxçıvan və b. uğurları olmayıb. Sanki bu qədər çoxşaxəli və miqyaslı işlər Ali Baş Komandanın və müdafiə nazirinin iradəsindən kənar, öz-özünə olub".

İndi isə özünün dediyi sözlərin əksinə ifadələr işlətməklə özünü gülünc duruma salır. 

aktual.org



OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...