DİN məktəbli qızın intiharı ilə bağlı məlumat yaydı
12:29 / 26.04.2016
841
Daxili İşlər Nazirliyi Qubada itkin düşən qızla bağlı məlumat yayıb.
Sfera.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 19-da itkin düşmüş Quba rayon sakini Güldanə Tağıyevanın həmin gün Samur-Dəvəçi kanalının Barlı kəndinin ərazisindən keçən hissəsində özünü kanala atması müəyyən edilib.
Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.