Davosdakı görüşdən hansı nəticələr çıxarmaq olar?- ekspert rəyi

Davosdakı görüşdən hansı nəticələr çıxarmaq olar?- ekspert rəyi

"Düşünürəm ki, Davosda baş tutan bu görüş əslində Ermənistan baş naziri üçün əlavə şans deməkdir”

 

Sfera.az-a açıqlamasında bu sözləri Davosda keçirilən tədbirdə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında olan görüşə münasibət bildirərkən siyasi icmalçı Azər Həsrət deyib:

 

"Azərbaycan prezidenti kifayət qədər təcrübəli dövlət rəhbəridir. Eyni zamanda, dünyanın tanıdığı və qəbul etdiyi dövlət rəhbəridir. Yəni Azərbaycan prezidentilə bütün dövlətlərin rəhbərləri, ayrı-ayrı nəhəng biznes qurumlarının rəhbərləri həvəslə görüşməyə, onunla bir masa arxasında oturub danışmağa can atırlar. Bu da ondan irəli gəlir ki, Azərbaycan prezidenti dünyanın uğurlu xarizmatik liderləri sırasında öndə gələnlərdən biridir. Düşünürəm ki, Paşinyanın Azərbaycan prezidentilə Davosda baş tutan görüşü bu mənada onun üçün də əlavə şans deməkdir.  İlk növbədə Paşinyan Azərbaycan prezidentinin təcrübəsindən faydalanmaq baxımından yararlana bilər. İkinci bir tərəfdən, mövcud münaqişənin həlli baxımından Paşinyan hər halda İlham Əliyevin daha ağlabatan və hər iki xalq üçün məqbul ola biləcək təkliflərini dinləyə bilər. Bilirsiniz ki, Azərbaycan münaqişənin həllində təktərəfli mövqe tutmur. Sırf öz mövqeyindən çıxış etmir. Azərbaycan dövlətinin siyasəti ona yönəlib ki, münaqişə həll edilərkən dövlətimizin ərazi bütövlüyünün təmin edilməsilə bərabər, Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarının da ləyaqəti alçaldılmasın. Yəni Azərbaycan tərəfi məsələyə geniş ürəkdən yanaşır.

Davosda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Paşinyanın görüşünü məhz bu yöndən dəyərləndirərdim. Prezident İlham Əliyev yəqin ki, Paşinyanla görüşdə, nəyin nə olduğunu, nəyi necə edə biləcəyimizi ona izah edib. Bu mənada Paşinyan öz xalqı ilə işləyə bilsə, əlbəttə ki, münaqişənin həlli istiqamətində ciddi addımlar atmaq olar. Düşənbədə baş tutan ilk görüşdən sonra cəbhə xəttində atəs səsləri azalıb”.

 

Bu amildən çıxış etməklə həmsöhbətimiz düşünür ki, Ermənistan baş naziri artıq Azərbaycanın xoşməramlı mesajlarına müsbət cavab verməlidir:  "Zamanı yetişib, erməni xalqını daha yormaq lazım deyil. Ermənistan Dağlıq Qarabağ yükünü bundan sonra da uzun müddət daşıya biləcək gücdə deyil”. 

 

Qeyd edək ki, yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib. Onu da vurğulayaq ki, bu onlar arasında olan ikinci belə görüşdür. İlk görüş Düşənbədə MDB sammiti çərçivəsində baş tutmuşdu. Hansı ki, həmin təmasdan sonra cəbhə bölgəsində atəşkəsin pozulması halları da bir qədər azalıb.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəh...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...