Coşqun Rəhimov \"ölüm xəbəri\"ndən danışdı

Coşqun Rəhimov \
 "Bu şəhərdə” heyətinin 17-ci ildönümlərinə həsr etdikləri silsilə konsert proqramlar həm də əməkdar artist Coşqun Rəhimovun mediada yayılan ölüm xəbəri ilə yadda qaldı. Sevilən aktyor haqda yayılan yalan məlumat qısa müddətdə sürətlə yayıldı və onu sevənləri məyus etdi.

Sfera.az xəbər verir ki, Coşqun Rəhimov bununla bağlı Kult.az-ın suallarını cavablandırıb.

- "Bu şəhərdə”nin 17-ci il dönümü sevincini yaşadığınız zaman haqqınızda yalançı ölüm xəbəriniz yayıldı. Ovqatınıza necə təsir etdi?
- Bu xəbər belə gözəl gündə məni o mənada məyus etdi ki, yaxınlarım, ailəm, dostlarım narahatlıq keçirdi. Məni ən əsas üzən bu oldu. Mənimlə bağlı yayılan belə məlumatlar birbaşa onlara təsir edir. Ailə üzvlərim, dost-tanışlar, qohumlar mənə görə narahat olurlar. Əlbəttə, mən bilirəm ki, sağam. Ancaq həmin an mənimlə əlaqə yarada biməyənlər nə hisslər keçirir?! Çox şərəfsiz, alçaq, mənəviyyatsız və vicdansız insandır bu xəbəri yayanlar. Bilmirəm bu yolla qazandığı pulu evinə, ailəsinə necə aparır. Bu adamın məqsədi nədir, bilmirəm, hansı məzhəbə qulluq edir? Söz tapa bilmirəm bu insanlar haqqında.

- "Ölümünüzdən” necə xəbər tutdunuz, ilk reaksiyanız necə oldu?
- Dostlarım dedi. Sağ olan insanın özünün ölüm xəbərini eşitməsinə reaksiyası necə ola bilər ki? Belə məqamda dərhal yaxınlarımı düşünürəm. Yaxnlarımın, əzizlərimin, dostlarımın, sevənlərim və əziz tamaşaçılarımın narahatlığını başa düşürəm. Belə məqamda sevildiyimi, məni çox istədiklərini hiss edirəm. Başa düşürəm ki, tamaşaçılarım və dostlarım üçün dəyərliyəm. Bu mənə həm də onu göstərir ki, işimdə xırda da olsa, nəyəsə nail olmuşam. Bütün bunlara sevinə bilərəm. Ancaq yaxınlarımın keçirdiyi narahatlıq sevincimə mane olur. Qoy bu xəbəri yazan üzülsün ki, mən ölməmişəm.

- Coşqun bəy, bu, sizin haqqınızda yayılan ilk yalan deyil. Artıq öyrəşmisinizmi bu xəbərə?
- Ölümlə zarafat etməzlər, axı. Bu xəbər kimisə narahat edirsə, necə öyrəşmək olar buna? O şəxslər bilsin ki, mənim yaxınlarım, dost-tanışlarım bu məlumatı yayanları lənətləyir. Özlərinə lənət qazanırlar. Allah verən ömrü Allah da alır. Hamı nə vaxtsa öləcək...

- Necə düşünürsüz, sizcə, bu qəsddir, ya reytinq xətrinə edilən cəfəngiyyat?
- Bu günə qədər özümə düşmən qazanmamışam. Nə şəxsi həyatımda, nə də sənətimdə. Yəqin ki, kimlərsə bunu reytinq xətrinə edib.

- Hazırda necəsiz, özünüzü necə hiss edirsiz?
- Şükürlər olsun ki, yaxşıyam. İnşallah daha yaxşı olacam. Siz də çox sağ olun. Mənə görə narahat olanlara da minnətdaram. Londonda keçiriləcək konsertimizə hazırlaşırıq...

OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...