Cinayət törədib qaçan əsgərin ölümü ilə bağlı rəsmi açıqlama

Cinayət törədib qaçan əsgərin ölümü ilə bağlı rəsmi açıqlama

 Azərbaycan Müdafiə Nazirliyi meyiti Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında qalan azərbaycanlı əsgərlə bağlı mlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

DİGƏR XƏBƏRLƏR