Bizi addım-addım xərçəngə aparan qidalar

Bizi addım-addım xərçəngə aparan qidalar
Bu gün "fast food”, dönər və s. kimi qidalar, o cümlədən enerji içkiləri insanlar tərəfindən geniş istifadə olunur, lakin əksəriyyət bu qidaların insan orqanızmi üçün nə qədər zərərli olduğundan, hətta onkoloji xəstəliklərə yol açdığından xəbərsizdir, ya da fərqinə varmır.
 xəbər verir ki, məsələyə münasibət bildirən Leyla Şıxlinskaya Klinikasının baş həkimi, invaziv qastroenteroloq, hepatoloq İlqar Alışov Trend-ə bildirib ki, insanların bu kimi qidalardan geniş istifadəsi son dövrlərdə mədə-bağırsaq xəstələrinin sayının xeyli artmasına səbəb olub.
İ.Alışov deyib ki, gənclərin "fast food” qidalarından daha çox istifadə etməsi və təbii qidalara üstünlük verməməsi mədə-bağırsaq sistemində kəskin xoralar, iltihabi proseslər yaradır və beləliklə, mədə-bağırsaq xəstələrinin, o cümlədən qaraciyər xəstələrinin sayı artır.
Həkim, xüsusən gənclər tərəfindən geniş istifadə olunan dönərin mədəyə xeyli ziyan olduğunu da qeyd edib. O bildirib ki, dönər hazırlamaq üçün əti qızardan zaman yaranan ərp xərçəng xəstəliyi riskini artırır.
İ.Alışov bu məsələlərlə bağlı tövsiyələrini də verib:
"İnsanlar "fast food” qidalarından daha az istifadə etsinlər, daha çox təbii qidalardan, o cümlədən meyvə-tərəvəzdən istifadə etməyə üstünlük versinlər. Kökəlməməyə diqqət edilməlidir. Çünki köklük mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biridir”.
İ.Alışov, həmçinin energetik içkilərdən istifadə etməməyi tövsiyə edib.
O qeyd edib ki, bu içkilər mədəyə ciddi ziyan vurur.
Bununla yanaşı, qastroenteroloq mədə-bağırsaq xəstəliklərinin gəncləşdiyini də diqqətə çatdırıb:
"Əvvəllər xora xəstəliyini 5, 6, 12 yaşda müşahidə edirdiksə, indi bu xəstəlikləri 2-3 yaşlı uşaqlarda da müşahidə edə bilirik. Burada irsi amillər də mövcuddur. Dəfələrlə rastlaşmışam ki, atada, babada və nəvədə eyni xora xəstəlikləri və çoxunda da irsi olaraq eyni yaşlarda müşahidə edilib. İndiki qidalanma nəticəsində isə bu xəstəliklərə daha erkən yaşlarda rast gəlirik”.

OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...