Baş nazir əhaliyə müraciət etdi

Baş nazir əhaliyə müraciət etdi
 

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli həmvətənlər!

 

Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir.

Profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır.

Operativ Qərargah "Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan etmişdir, kütləvi tədbirlər ləğv edildi, ölkəmizin quru sərhədləri bağlanıldı, şəhər və rayonlararası gediş-gəliş dayandırıldı.

Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi. Bu müddət ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər görülüb və görülməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır.

Görülmüş tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapmışdır. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlamışdır.

Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulmuşdur.

Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edirdi. Lakin təəssüflə qeyd etməliyəm ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artmışdır.

Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur.

Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”.


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...