Bakıda bank batırdı, Türkiyə və Almaniyada hamıya \"atdı\" - FOTOLAR

Bakıda bank batırdı, Türkiyə və Almaniyada hamıya \
Azərbaycanda 2016-cı ildə özünü müflis elan edərək bağlanan "KredoBank” ASC-nin sədri, əmanət və maliyyə fırıldağı ilə bağlı qalmaqal yaşayan Müşfiq Vəkilovun qardaşı Kamran Vəkilov ilə birgə Almaniyada yeni şirkətlər qurduqları və özünün isə otellər satın aldığı üzə çıxıb.

Sfera.az "Report"a istinadən xəbər verir ki, Vəkilov qardaşları Türkiyədə olduğu kimi Almaniya və Avstriyada da turizm və otel biznesinə girişiblər. Lakin yenə də maliyyə fırıldaqçılığı iddiası ilə qalmaqal yaşayırlar.

Belə ki, Vəkilovların "Credo İnvest” və "VEK Tourism” MMC kimi qeydiyyatdan keçən yeni şirkətləri fəaliyyətə başlayıb. M.Vəkilov dəyəri 30 milyon avro civarında Almaniyanın Hannover şəhərində mərkəzi vağzal yaxınlığında "Lavesstraße 77, 30159" ünvanında "Grand Palace” və "Nikolaistr. 12" ünvanında "Yours Hotel City” obyektlərini alıb. Hazırda isə Hannoverdə "Schiffsgraben 29" ünvanında daha bir obyekt inşa etdirir. Vyanada (Avstriya) "Taborstrasse 11" ünvanında özünə məxsus otelini isə artıq satışa çıxarıb. Lakin obyektlərlə bağlı Müşfiq Vəkilovun Almaniyada yerli alman, o cümlədən azərbaycanlı iş adamlarına qarşı maliyyə qalmaqalının olduğu üzə çıxıb. Belə ki, onun yerli iş adamlarını aldatdığı iddia olunur. Onun başqa eyni şirkətlərin adına Türkiyədə də turizm obyektlərinin satın aldığı məlumatı var. Şirkət və obyektlər ilə bağlı fotoları aşağıda təqdim edirik.

Xatırladaq ki, 2016-cı ildə "KredoBank” ASC-nin qalmqallı şəkildə müflis elan edilərək bağlanmasından sonra M. Vəkilovla bağlı mətbuatda maliyyə fırıldağı və FETÖ terror təşkilatına yaxınlığı barədə məlumatlar dolaşırdı.

OXŞAR XƏBƏRLƏR

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...