Bank Respublika “Qış Təcrübə Proqramı”na başlayır!

Bank Respublika “Qış Təcrübə Proqramı”na başlayır!

Ötən il "Ən fəal təhsil dəstəkçisi” mükafatına layiq görülən Bank Respublika, yeni ilin başlanması ilə daha bir təhsil layihəsinə start verir.

 

Sfera.az xəbər verir ki, Bank IV kursda və ya magistr pilləsində təhsil alan, eləcə də universiteti yeni bitirmiş məzunlar üçün "Qış Təcrübə Proqramı” elan edir.

 

Yanvar – mart aylarında Bankın Baş ofisində və filiallarında həyata keçiriləcək layihə çərçivəsində iştirakçılar bank qanunvericiliyi, kreditləşmə, risklərin idarə edilməsi, marketinq, İT, rəqəmsal bankçılıq və digər istiqamətlər üzrə təlimlərdə iştirak edəcək, müvafiq departamentlərdə çalışaraq təcrübə almaq imkanı əldə edəcəklər.

 

Proqramda iştirak etmək üçün tələb olunan meyarlara uyğun namizədlər 18 yanvar 2019 tarixinəkimi öz CV-lərini [email protected]ünvanına məktubun mövzu (subject) hissəsində"Təcrübə proqramı” yazmaqlagöndərə bilərlər.

CV göndərən namizədlər test üsulu ilə imtahandan keçdikdən sonra proqramda iştirak etmək imkanı qazanacaq. Layihənin sonunda təcrübə proqramını uğurla başa vuran iştirakçılar işlə təmin olunmaq imkanı da əldə edəcəklər.

 

Bankın İnsan Resursları Departamentinin rəhbəri İlkin Zeynallı qeyd edib ki, "Gənclər təcrübə proqramında iştirak etməklə dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və uğurlu karyera üçün lazım olan peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Biz inanırıq ki, gənclərin təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar gələcək həyatlarında və karyeralarında müstəsna rol oynayacaq”.

 

ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 


OXŞAR XƏBƏRLƏR

Səfir: "Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır"

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfir...

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...