“Bank BTB”dən müştərilərinə sərfəli təklif

“Bank BTB”dən müştərilərinə sərfəli təklif

"Bank BTB” nağdsız əməliyyatlara üstünlük verən müştərilər üçün sərfəli şərtlərlə ödəniş kartları təklif edir.

 

Sfera.az bildirir ki, universal ödəniş vasitəsi kimi günün 24 saatı, həftənin 7 günü istifadə edə biləcəyiniz kartlar sahibinə həm ölkə daxilində, həm də dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə və ya onlayn ödəniş etmək imkanı verir.

 

Ödəniş kartlarının üstünlükləri bununla yekunlaşmır. "Bank BTB”nin ödəniş kartlarının təqdim etdiyi "Card-to-Card", "Cash by code", "SMS Notification", "PIN Change", "3D Secure", "İnternet Banking” və "Mobil Banking” xidmətləri kart sahiblərinin işini daha da asanlaşdıracaq.

 

"Card-to-card” xidməti vasitəsilə günün istənilən vaxtı bir kart hesabından digər karta pul göndərə və ya qəbul edə bilərsiniz.

 

"Cash by Code” xidməti ilə qısa müddət ərzində istənilən şəxsə bankomat vasitəsilə pul göndərmək mümkündür. Bunun üçün pul vəsaitini göndərən tərəfin kartının olması kifayətdir. Pul vəsaitini qəbul edən tərəf isə kart olmadan nağd vəsaiti asanlıqla əldə edə bilər.

 

"SMS Notification" xidməti müştərilərə hesab üzrə əməliyyatlar və son hesab qalığı barədə dərhal "sms” vasitəsilə məlumat əldə etmək imkanı verir. Bu həm hesaba nəzarət etmək, həm də kart başqa şəxs tərəfindən istifadə edildikdə dərhal xəbərdar olmaq üçün əlverişlidir.

 

"3D Secure" xidməti bank kartı ilə həyata keçirilən ödənişlər zamanı dələduzluq hallarının qarşısını almaqla təhlükəsizliyi təmin edən texnologiyadır.

 

"PIN Change" xidmətindən istifadə edərək kart sahibləri ödəniş kartının şəxsi eyniləşmə nömrəsini (PIN-kod) daha yadda qalan edə bilərlər. Bunun üçün bankomata yaxınlaşaraq mövcud PIN-koduyeni kodla əvəz etmək lazımdır.


 

Bundan başqa, "Bank BTB”nin kart sahibləri "Mobil Banking” və "İnternet Banking” xidmətlərini aktivləşdirməklə 24 saat real vaxt rejimində bank əməliyyatlarını asan, operativ və etibarlı şəkildə həyata keçirə bilərlər.


 

Qeyd edək ki, ödəniş kartı əldə etmək istəyən müştərilər "Bank BTB”nin istənilən filial və şöbəsinə müraciət edə bilərlər.



OXŞAR XƏBƏRLƏR

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...