Bakıda maşın yolu keçən piyadanı vurub öldürdü - FOTO
13:06 / 31.03.2019
9321
Bakıda yolun hərəkət istiqamətindən keçən piyadanı maşın vurub.
Sfera.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində (Olimpiya Stadionunun yaxınlığında) baş verib.
Yolu keçən şəxs piyadalar üçün qadağan olunmuş hissədən yolu keçməyə cəhd edib. Nəticədə piyadanı "Mercedes E-class” markalı avtomobil vurub.
Vurulan şəxs ciddi xəsarətlər aldığından hadisə yerindəcə dünyasını dəyişib.