Azərbaycanlı qadın idmançıya həmcinsi Sevgililər günü hədiyyəsi verdi, dava düşdü - FOTO/VİDEO

Azərbaycanlı qadın idmançıya həmcinsi Sevgililər günü hədiyyəsi verdi, dava düşdü - FOTO/VİDEO

Bu gün Moldovanın paytaxtı Kişinyovun Çoresku qəsəbəsində MMA üzrə "Eagles: Next Level” yarışı keçiriləcək.

Sfera.az-ın oxu.az-a istinadla xəbərinə görə, "Futzal Arena”da keçiriləcək yarışda Azərbaycanın üç idmançısı mübarizə aparacaq.

İki qələbəsi və iki məğlubiyyəti olan Elçin Hüseynov Özbəkistan təmsilçisi Müzəffər Rəcəbovla qarşılaşacaq. Ağır çəkidə baş tutacaq döyüşdən öncə özbək döyüşçünün daha təcrübəli olduğu görünür: 16 qələbə və üç məğlubiyyət. Hər iki idmançı "Eagles” döyüş çempionatında debüt edəcək.

Mehman Məmmədov isə bu çempionatda üçüncü döyüşünə çıxacaq. Üç qələbəsi və üç məğlubiyyəti olan Mehmanın rəqibi dəyişdirilib. Əvvəlcə daha təcrübəli, "Halk” ləqəbli finlandiyalı Mikael Silander rəqib olsa da, indi Məmmədovla döyüşə əfqanıstanlı Nurəddin Həzrət çıxacaq. Mehmanın yüngül çəkidə baş tutacaq döyüşdəki rəqibinin cəmi bir qələbəsi və iki məğlubiyyəti var.

Azərbaycanın bu yarışda üçüncü döyuşçüsü qadın idmançımız Tünzalə İmanlıdır. Üç qələbəsi və bir məğlubiyyəti olan Tünzalənin rəqibi 20 yaşlı yerli idmançı Donna Keldir. Üç qələbəsi olan Kel son iki görüşdə məğlub olub. Bu görüş gecənin yeganə qadın döyüşüdür.

Döyüş gecəsindən bir gün əvvəl idmançıların təqdimatında Tünzalə İmanlı ilə Donna Kel arasında münaqişə baş verib. Kel Sevgililər Günü ilə bağlı Tünzaləyə bağlama təqdim edib. Lakin azərbaycanlı idmançı bunu onun üzərinə atıb.

Qeyd edək ki, 16 döyüşün keçiriləcəyi gecə bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...