Aysun baş həkimlə bağlı faktları açıqladı: \"Uşaq götürmək üçün 10 min manat pul istədi\" - FOTOFAKT

Aysun baş həkimlə bağlı  faktları açıqladı: \

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva haqqında yeni iddialar ortaya atılıb.

Sfera.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında məlumat paylaşıb. Belə ki, Körpələr Evindən himayəyə uşaq götürənlər və onların yaxınları baş həkimə verdikləri pullar haqqında Aysuna mesaj yazıblar.

Həmin insanlar Körpələr Evindən uşaq götürmək üçün 10 min manat verdiklərini iddia edib. Onlar bildiriblər ki, övladlığa uşaq götürmək istəyənlər bu məbləği vermədikdə baş həkim uşağı verməkdən boyun qaçırıb.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobillə başqa yerə daşınması ilə bağlı görüntülər paylaşıb. Baş həkimin "yuyulmaq üçün aparılan yataq üzlükləridir” açıqlamasından sonra Aysun daha bir video yayaraq, ərzaq daşındığı iddiasını görüntülərlə təsdiqləyib.

Səhiyyə Nazirliyi isə bu gün rəsmi açıqlamada məlumatın araşdırıldığını və videonun təhrif olunmuş formada ictimaiyyətə təqdim edildiyini bildirib.

""Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb”, - Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.

AZXEBER.COM 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...