Avropa Birliyi İrana avro ilə ödəniş edəcək

Avropa Birliyi İrana avro ilə ödəniş edəcək
Avropa Birliyi İrandan aldığı neftin pulunu bundan sonra dollarla deyil, avro ilə ödəyəcək.

Sfera.az xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə bildirib. Fransa, Almaniya və Böyük Britaniya ABŞ-ın İranla nüvə müqaviləsindən çıxmasına cavab olaraq İranla iqtisadi əlaqələri möhkəmləndirmək qərarı veriblər. Bu barədə Avropa diplomatiyasının başçısı Federika Moqerini məlumat verib.

İlk növbədə neft-qaz məhsulları ticarəti, bank tranzaksiyaları, aviasiya, dəniz və quru nəqliyyatı üzrə İranla münasibətlər davam edəcək. Eksport üçün kreditlər veriləcək.

Yaxın həftələrdə praktiki həll yolları planlaşdırılır. 19-20 mayda isə energetika və iqlim üzrə avrokomissar Migel Arias Kantenin İrana səfəri nəzərdə tutulub.
 
Qeyd edək ki, bir müddət öncə İran beynəlxalq valyuta əməliyyatlarında dolların əvəzinə avrodan istifadə edəcəyini açıqlamışdı.



OXŞAR XƏBƏRLƏR