Aslan İsmayılov güneyli soydaşlarımıza səsləndi: \"Biz azərbaycanlıların haqlı olaraq sizlərdən gözləntimiz...\"

Aslan İsmayılov güneyli soydaşlarımıza səsləndi: \
"Doğma dilimizdə danışan sürücülərin erməni işğalçıları əvəzinə, Azərbaycan dövlətini ittiham etməsi acınacaqlı haldır”.
 
Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov Ermənistana gedən iritonnajlı maşınların Azərbaycan sərhədində qalmasından və güney azərbaycanlı sürücülərin buna etirazından danışarkən deyib.
 
O, həmin sürücülərin hərəkətinə görə, peşmanlıq hissi keçiridiyini vurğulayıb:

"Hesab edirdim ki, yenidən müharibə revanşına hazırlaşan Ermənistana İran dövlətinin hərtərəfli yardım etməsi cənublu doğmalarımızda etiraz doğuracaq. İndi əksini gördüm. Bu haqsızlıqda heç bir azərbaycanlı iştirak etməməlidir, əksinə, bizə düşmən kəsilən Ermənistana İran dövlətinin istənilən yardımına öz etirazını bildirməlidir. 

Hamı bilməlidir ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan, faktiki blokadada qalan Ermənistanın bir nömrəli dəstəkçisi İran dövləti oldu. Bu illər ərzində xristrian ölkələri olan Gürcüstan, Ukrayna və digərləri bizim haqlı tələbimizin yanında olsa da, özünü müsəlman dövləti adlandıran İran məscidlərimizi darmadağın edən, orada donuz saxlayan Ermənistana bir dəfə etirazını bildirmədi, əksinə, hərtərəfli, o cümlədən hərbi yardım göstərdi”.

Hüquqşünas güneyli soydaşlarımıza da müraciət edib:

"Məhz sizə görə Azərbaycan hakimiyyəti ABŞ və Avropanın təzyiqlərinə baxmayaraq, heç vaxt İrana qarşı olan bir tədbirə qoşulmadı. İndi biz azərbaycanlıların haqlı olaraq sizlərdən gözləntimiz bizə qarşı riyakarlıq edən İran hakimiyyətinə Azərbaycana yönəlmiş növbəti aqressiyaya hazırlaşan Ermənistana göstərdiyi yardımlara öz etirazınızı bildirməyinizdir. Məhz sizin tərəfinizdən TIR sürücülərindən tutmuş Ermənistan adlı işğalçı, cinayətkar bir dövlətə yardım edən, onunla işbirliyində olan hər kəs ictimai tənqidlə üzləşməlidir”.

Günay Rəsulqızı
Sfera

OXŞAR XƏBƏRLƏR

Səfir: "Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır"

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfir...

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...