Ali məktəblərə qəbul olunanlara XƏBƏRDARLIQ

Ali məktəblərə qəbul olunanlara XƏBƏRDARLIQ

 

Ali təhsil müəssisələrinə qəbul olan şəxslərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatı (I mərhələ üzrə) bu gün saat 17.00-da başa çatır.

Sfera.az APA-ya istinadən bildirir ki, tələbə adı qazanmış şəxslər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
 
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə (I mərhələ üzrə) yerləşdirmənin nəticələrini avqustun 11-də elan edib. Nəticələrə əsasən, ali təhsil müəssisələrinin 41736 plan yerinin müsabiqəsində  38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 16369 nəfərini oğlanlar, 17855 nəfərini qızlar təşkil edir. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.


OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...