5-ci dalğa başladı: Noyabr ayı çox çətin olacaq

5-ci dalğa başladı: Noyabr ayı çox çətin olacaq
"Yoluxanların sayı ciddi şəkildə artıb və bu, 5-ci dalğanın başlanğıcıdır.

Təəssüf ki, bu dalğa kifayət qədər yüksək rəqəmlə başlayır və buna görə də hər kəsin tövsiyələri nəzərə alması lazımdır - maska taxmaq, məsafə saxlamaq, insanların çox olduğu yerlərdən uzaq durmaq və peyvənd olunmaq bura daxildir”.

Sfera.az xəbər verir ki, bunu Gürcüstan Xəstəliklərinə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Gamkrelidze deyib.

Onun sözlərinə görə, yalnız peyvənd epidemiyanı dayandıra bilər:

"Son bir həftə ərzində üç bölgədə vəziyyət pisləşdi- Kaxeti, İmereti və Sameqrelo-Zemo Svanetti bölgəsində Bu bölgələrdə peyvənd nisbətən aşağıdır. Vaksinasiya səviyyəsinin digər bölgələrə nisbətən daha yüksək olduğu Acarıstan və Tiflisdə vəziyyət nisbətən daha yaxşıdır. Buna görə də bir daha əhalidən peyvənd olunmalarını xahiş edirəm. Bir milyon insana peyvənd vurulub, amma ölkənin Yeni ili sakit tərzdə qeyd edə bilməsi üçün ən azı daha bir milyon insanın peyvənd edilməsinə ehtiyac var”.

Amiran Gamkrelidzenin sözlərinə görə, beşinci dalğa ağır olacaq, ona görə də peyvənd vacibdir:

"Elə bir dalğa yaxınlaşıb ki, müvafiq məhdudlaşdırıcı tədbirlər görülməsə, noyabr ayı çox çətin olacaq”. O qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər deyərkən, tövsiyələrə riayət etməyi və peyvəndi nəzərdə tutur.

Cebhe.info

OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...