400 minlik toy edən lift müdirinin kürəkənləri arasında QANLI DAVA

400 minlik toy edən lift müdirinin kürəkənləri arasında QANLI DAVA
Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Nərimanov rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər.

İstintaq araşdırması zamanı Elşən Əsgərli və digər şəxslərin Oqtay Əhmədova qarşı xuliqanlıq etməsinə səbəbi məlum olub.

Elşən Əsgərli Oqtay Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcədə onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb.

Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində Elşən Əsgərli tanışları Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da Oqtay Əhmədovla görüşüblər.

Görüş zamanı Oqtay Əhmədov Elşən Əsgərliyə hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini, və əmisi Şahin Əhmədovu təhqir etdiyini bildirib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Əsgərli Oqtay Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub.

Oqtay Əhmədovu vuran Elşən Əsgərli daha sonra Vaqif küçəsində olan  Azpetrol yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. Oqtay Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.

Yanacaqdoldurma məntəqəsinin yanında olan zaman Oqtay Əhmədov mübahisəsini davam etdirib.

Bu zaman Elşən Əsgərli uca səslə Oqtay Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.

Elşən Əsgərli Oqtay Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşdirməyə çağırıblar, onun əl-qolunu tutaraq, Oqtay Əhmədovu yenə də vurmaq istəməsinə imkan verməyiblər.

Bu vaxt Elşən Əsgərlinin tanışları – Nuray Bayramlı və Azər Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə Oqtay Əhmədovu bir qədər kənara çəkiblər.

Orada Azər Nəsibov Oqtay Əhmədovun üz nahiyəsində bir kəllə vurub.

Daha sonra Azər Nəsibov və Nigar Bayramlı zərbənin təsirindən yerə yıxılmış Oqtay Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub. Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan Elşən Əsgərli Oqtay Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb.

Sonra Elşən Əsgərli Oqtay Əhmədovu döyməyə başlayıb. Baş verən hadisə zamanı Oqtay Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.

İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə) xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki,  Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan sonra Oqtay Əhmədov ilə ailə qurub.

Qüdrət Şükürovun qızının ikinci dəfə keçirilən toyuna  400 min manatdan çox pul xərcləməsi barədə mətbuatda məlumatlar yayılıb.

/lent.az

OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...