Çılpaqlıq, qadın vücudu ilə reklam edilən içkilər – “Full” rəzillik (FOTOLAR,VİDEO)

Çılpaqlıq, qadın vücudu ilə reklam edilən içkilər – “Full” rəzillik (FOTOLAR,VİDEO)
 

Energetik içkilərin zərərləri ilə bağlı dəfələrlə yazılar yazmışıq. Elə biri yoxdur ki, bu içkilərin zərərindən xəbərsiz olsun.

Ölkəmizdə də hər gün yeni ad altında enerji içkisi bazara daxil olur. Reklam edilir, tanıtım, videolar çəkilir. Əgər qanun buna qarşı deyilsə təbii ki, enerji içkisi istənilən qədər reklam oluna bilər, amma bu gün bəhs edəcəyimiz məsələ bu deyil.

Belə ki, minval.info-nun xəbərinə görə, energetik içkilər sırasına yenicə daxil olan "Full”un reklam işləri elə də uğurlu alınmır.

Şirkət öz məhsulunu tez bir zamanda brend halına salmaq, tanıtmaq üçün pullar xərcləyir. Amma deyəsən düzgün üsul seçilməyib. Çılpaqlıq üzərindən diqqət çəkməyə çalışan şirkət daha da mənfi imic yaradır.

Görüntünün olası içeriği: 3 kişi, gülümseyen insanlar, açık hava

Bu yaxınlarda şirkət "Full Energy”nin yeni brend siması olan Miri Yusifin iştirakı ilə tədbir təşkil edib. Buraya qədər hər şey normaldır, amma tədbirdə çimərlik geyimində olan qızların iştirakı normal qarşılanmayıb. Çılpaqlıq üzərindən məhsulunu reklam etməyə çalışanlar deyəsən enerji içkisinin cinsi istək artırıcı olduğunu düşünür. Belə olmasa bu görüntülərə nə ehtiyac vardı ki?

Bu foto belə insanların burada enerji içkisinin dadına yox, başqa bir yerlərə baxdığını göstərir. Bəlkə də məqsəd elə budur.

Görüntünün olası içeriği: 8 kişi

Tədbirin fotolarının şərh bölməsində belə insanlar, "Model kimi təqdim olunan bu qızlar normal geyimdə olsalar tədbir baş tutmayacaqdı? Enerji içkisi belə əxlaqsızlıqla, çılpaqlıqla reklam edilir” tipli şərhlər yazıblar.

Görüntünün olası içeriği: 4 kişi

Markanın rəsmi səhifəsində paylaşılan 1 dəqiqəlik videoda brendin siması olan Miri Yusifdən daha çox hovuzda, hovuzun kənarında yarıçılpaq şəkildə rəqs edən qızlar göstərilib.

Qısa ətək, şort, çimərlik geyimində olan qızlardan istifadə edib öz məhsulunu reklam edən təkcə bu şirkət deyil. Digərləri də eyni addımı atırlar.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor, havuz, açık hava ve su

Görünən budur ki, ölkəmizdə məhsulun reklamı üçün çılpaqlıq önəmlidir.

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, ağaç, açık hava ve doğa

"Full Energy”nin Miri Yusiflə ilk reklam videosu da bəyənilməyib.

Bundan başqa, şirkətin smm işini görənlərin də qeyri-peşəkarlığı diqqət çəkir. Məsələn, aşağıda gördüyünüz fotoda yenə qadın bədənindən istifadə edib diqqət çəkməyə çalışılıb. Amma bunu belə qeyri-peşəkar həyata keçiriblər.

İnternetdən əldə olunan fotonun üzərində qeyri-peşəkar fotoşop işi görərək hazırlanan poster də gülüş obyektinə çevrilib.

Növbəti yazımızda: "Azərbaycanda enerji içkilərinin qiyməti niyə artmadı, şirkətlər hansı yollara əl atıb vergidən yayındılar? Enerji adı ilə insanlara satılan nədir?”


OXŞAR XƏBƏRLƏR

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...