Zəhranı qaçıran qadını hansı cəza gözləyir?

Zəhranı qaçıran qadını hansı cəza gözləyir?
Bildiyimiz kimi, iki gündür itkin düşən 3 yaşlı Zəhra Bağırzadə bu gün polis əməkdaşlarının səyi nəticəsində tapılıb.

Azyaşlını oğurlayan qadın Təzəgül Nəzərova isə saxlanılıb. Azyaşlının qadın tərəfindən oğurlanması böyük qınağa səbəb olub. Bəs, bu hadisəni törədən T. Nəzərovanı hansı cəza gözləyir? O, neçə il müddətinə azadlıqdan məhrum edilə bilər?

Vəkil Zaur Hüseynov Oxu.Az-a açıqlamasında deyib ki, azyaşlını oğurlayan qadın barəsində hələ ki, istintaq aparıldığından, dəqiq fikir söyləmək çətindir. Vəkilin ehtimalına görə, hazırda hadisə ilə bağlı iki maddə ilə ittham irəli sürülsə, T. Nəzərova 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

"Ona qarşı Cinayət Məcəlləsinin 144.1, yəni, Adam oğurluğu və 144-2.2.3, yəni Məcburi əmək yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə ittiham irəli sürülə bilər. Çünki həmin şəxs Zəhranı oğurlamaqla yanaşı, onu məcburi əməyə yəni, dilənməyə məcbur edib. Bu baxımdan Təzəgül Nəzərovanın günahı sübuta yetirilərsə, onu 15 ilədək həbs cəzası gözləyə bilər” – deyə, vəkil əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan lideri: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilm...

Prezident Almaniyaya Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü BİLDİRDİ

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi ...

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...