Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.

 
Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research”in (Kofein araşdırma jurnalı) araşdırması nəticəsində gəlinib.


Gündə beş fincandan çox qəhvə içən şəxslər bir müddətdən sonra özündə qəhvəyə xüsusi tələb hiss etməyə başlayır. Jurnalın araşdırmasına görə, buna səbəb içkinin tərkibində kofeinin olmasıdır. 

 

Kofein dünyada ən çox istifadə edilən narkotik maddələr - amfetamin və kokain kimi asılılıq yarada bilir.


Araşdırmalar göstərir ki, qəhvəni az miqdarda istehlak etmək zərərli deyil, əksinə müəyyən faydaları var. Buna görə də mütəxəsislər hər bir insana gündəlik qəhvə normasını bilməyi tövsiyə edir. 


Bəs gündə nə qədər qəhvə istehlakı tövsiyə olunur?


ABŞ Qida və Dərman İdarəsi hesab edir ki, gündə təxminən 400 milliqram qəhvə istehlak etmək təhlükəsizdir. Bu, təxminən dörd-beş fincan qəhvə deməkdir. 
Bununla belə, qurumun mütəxəsisləri bu normanın hamı üçün keçərli olmadığını söyləyiblər. Qurumdan bildirilib ki, hər kəsin kofeinə müqavimət imkanları fərqlidir.
Buna görə də bəzi insanlar üçün maksimum miqdar tövsiyə olunan miqdardan (400 qram) əhəmiyyətli dərəcədə aşağı ola bilər. Xüsusən, hamilə və südverən qadınların qəhvə içməzdən əvvəl həkimə müraciət etmələri tövsiyə olunur. 


Tədqiqatlar göstərir ki, iki-üç fincan qəhvə istehlakı sağlamlıq üçün faydalıdır. Gündə iki-üç fincan qəhvə içmək ürək-damar sisteminin xəstəlikləri və insultdan ölüm riskini azaldır. Qəhvənin həmçinin parkinson xəstəliyi, 2-ci tip diabet və bir sıra qaraciyər xəstəliklərinin riskinin azalmasına kömək etdiyi müəyyənləşdirilib.


Tədqiqatlar həmçinin göstərir ki, müntəzəm qəhvə istehlakı qan təzyiqini aşağı salmağa kömək edir. 


Amma gün ərzində çoxlu qəhvə içdikdə insanda yuxusuzluq, titrəmə, narahatlıq, mədə ağrıları, ürəkbulanma, baş ağrısı, disforiya (ruh düşkünlüyü) əlamətləri yaranır. Çox qəhvə istehlak edib, qəflətən istehlakı dayandıran insanlarda da müəyyən müddət oxşar əlamətlər ola bilər. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Slovakiya arasında Bəyannamə İMZALANACAQ

Azərbaycan Respublikası ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanacaq.   Sfera.az Slovakiya hökumətinə istinadən xəbər v...

Ermənistan Prezidenti ABŞ-yə GEDİR

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu gün Vaşinqtona səfər edəcək.   Sfera.az-ın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, ziyarət...

Bakı dünyanın "İdman Paytaxtı” SEÇİLDİ

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.   Sfera.az xəbər verir ki, bu gü...

ABŞ səfiri: "Füzulidə dağıntıların miqyasını və yenidənqurma işlərini görəndə çox təsirləndik"

Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik.   Sfera.az xəbər verir ki, bunu Füzuli və Şuşaya səfər e...

Bu qurumların sayı üç dəfə AZALDILACAQ

Azərbaycanda bələdiyyələrin sayı yaxın vaxtlarda 3 dəfəyə qədər azaldılacaq. Hazırda 1 606 olan bələdiyyə sayı azalmadan sonra 500-600-ə qədər düşəcək.  ...

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

“ABŞ səfiri Mark Libbinin Şuşaya səfərini Vaşinqtonun Azərbaycanla bağlı siyasətində mühüm müsbət dəyişikliklər kimi qeyd etmək olar”.   ...