Zaxarova Haiti Prezidentinin qətlinə münasibət bildirdi

Zaxarova Haiti Prezidentinin qətlinə münasibət bildirdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Moskvanın ötən həftə prezidenti qətlə yetirilən Haitidəki vəziyyəti yaxından izlədiyini bildirib.
 
Sfera.az bildirir ki, CNN-in məlumatına görə, bu işlə əlaqədar saxlanan şəxslərdən  bir neçəsi FTB və DEA-nın  (ABŞ-ın  Narkotiklərlə Mübarizə Agentliyi) casusu olub. Amma Dövlət Departamenti bu iddianı  qətiyyətlə təkzib edir.
 
"Son bir neçə gündə bu materialların xülasələrini alıram.Görürəm ki,  Qərb tərəfdaşlarımız üçün, özü də yalnız Amerika Birləşmiş Ştatları üçün deyil, prinsipcə bütün Qərb üçün dəhşətli bir mənzərə görüntülənir", - deyə  diplomat "Solovyov Live” YouTube kanalının efirində  bildirib.
 
Zaxarova qeyd edib ki, Vaşinqtonun Haitiyə nümayəndə heyəti yollamasının  əsas səbəblərindən biri Amerika özəl hərbi şirkətinin Haiti prezidentinin qətlində və ya ona sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxslərin işə qəbulu ilə əlaqəsi barədə məlumatların daxil olmasıdır.

"Razılaşın ki, əslində  bu misli görünməmiş bir hadisədir",- deyə Zaxarova vurğulayıb.
 
"Bir tərəfdən istehza ilə soruşmaq istərdim ki, bəs sanksiyalar, G7-nin baş verənlərlə bağlı açıqlamaları haradadır?", - deyə diplomat əlavə edib.
 
"Amma əslində, bu, ölkəmizi törətmədiyi cinayətlərdə günahlandıran Qərb tərəfdaşlarımızın pərdə arxası işləklərini ifşa edən  daha bir olaydır”,-deyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fikrini tamamlayıb.

Xatırladaq ki, Haiti Prezidenti Jovenel Moiz iyulun 7-də gecə saatlarında naməlum şəxslər tərəfindən öz evində güllələnib. Onun xanımı Martin Moiz yaralanıb və hazırda Mayami  xəstəxanalarından birində müalicə olunur, onun  vəziyyəti stabildir. Haiti hüquq mühafizə orqanlarının əməkdaşları 26-sı Kolumbiya vətəndaşı olduğu iddia edilən 28 cinayətkarı təsbit etdiklərini bildiriblər. Tayvan səfirliyi, öz növbəsində, 11 şübhəlinin diplomatik nümayəndəlik ərazisində saxlanıldığını xəbər verib. Ümumilikdə 17 şübhəli nəzarətə alınıb, daha yeddi nəfər polis əməliyyatları zamanı məhv edilib.
 
Selcan
  

OXŞAR XƏBƏRLƏR

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...