“Yüksəliş”in qalibinə yüksək vəzifə verildi

“Yüksəliş”in qalibinə yüksək vəzifə verildi
Azərbaycanda dəmir yolları ilə nəqliyyat xidmətini həyata keçirən "Azərbaycan Dəmir Yolları” QSC-də yeni baş inzibatçı təyin edilib.

Sfera.az xəbər verir ki, "Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Orxan Yusibov aydın oğlu ADY-nin Baş maliyyə inzibatçısı (CFO) təyin edilib.

O, vəzifəsinin icrasına 2021-ci ilin iyulundan başlayıb.

Orxan Yusibov 2019-cu ilin fevralından bu günə qədər ADY-nin Maliyyə və iqtisadi departamentinin strukturunda olan şöbənin rəisi kimi çalışırdı.

Orxan Yusibov 1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, İngiltərədə Eseks Universitetində (The University of Essex) Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb.

"YÜKSƏLİŞ” – istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir. Hər bir qalibə fərdi inkişaf üçün 20 min AZN-lik qrant təqdim edilir. Cari ilin 14 iyulunda "Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb. Müsabiqənin finalında iştirak edən 112 namizəddən 27-si qalib adını qazanıb. Onlar müsabiqəyə müraciət edən 11 760 nəfər arasından idarəçilik səriştə və bacarıqlarına görə seçilən şəxslərdir.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Kansleri Olaf Şoltsla təkbətək görüşü başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Az...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...