Yol polisi sürücüləri hansı hallarda saxlaya bilməz? - RƏSMİ CAVAB

Yol polisi sürücüləri hansı hallarda saxlaya bilməz? - RƏSMİ CAVAB
Əksər sürücülər etiraz edirlər ki, yol polisi onları tıxac olan, digər hərəkət iştirakçıalrına mane yaradan, təhlükəli yerlərdə və s. saxlayır. Bu barədə sosial şəbəkədə çoxsaylı paylaşımlar da mövcuddur.

Rubrikamızın "Yol polisi hansı yerlərdə sürücüləri saxlaya bilməz?” sualına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Araz Əsgərov cavab verib. O bildirib ki, əgər hərəkətdə olan nəqliyyat vasitəsinin saxlanılması digər hərəkət işriakçılarına ciddi mane yaradacaqsa, buna yol verilməməlidir:

"Yol polisi hərəkətdə olan sürücünü, hərəkətin digər iştirakçılarını mopedçini, velosipedçini, piyadanı yol hərəkəti qaydalarını pozduğu istənilən halda saxlaya bilər. Sıxlıq, tıxac və s. bunların heç bir aidiyyatı yoxdur. Bu barədə yol patrol xidməti haqqında qanunda göstərilən məqamlar var. Məsələn, tunellərin altında haçalanma varsa, dönmə bucağı çoxdursa, dönən sürücülər üçün zolaq sayı 2-dən azdırsa yol polisi sürücüləri saxlaya bilməz. Ancaq tuneldə zolaq sayı 4-dürsə saxlamaq olar. Stasionar postlarda istənilən vaxt sürücünü saxlayıb sənədlərini yoxlamağa qanun icazə verir. Əgər avtomobilin yol polisi tərəfindən saxlanılması digər hərəkət iştirakçılarına ciddi mane yaradırsa, o, saxlanılmamalıdır”.
 
Lent.az/

OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...