Dilimiz bizə gerbimiz, himnimiz, bayrağımız qədər önəmlidir
Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Ana dili. Bu dil anamız qədər bizə əziz və doğmadır. İlk dəfə dil açanda bu dildə danışırıq – “ana” deyirik. Odur ki, ana dili ilə ana kəlməsi həyatımıza, demək olar ki, eyni vaxtda daxil olur. Bu dil bizə himnimiz, gerbimiz, bayrağımız qədər önəmli, vacib və gərəklidir. Xalqımız tarix boyu zaman-zaman təzyiqlərə, repressiyalara məruz qalmasına baxmayaraq