Logo

Dövlətimizin inkişaf tarixini yaradan, tarix yazan DAHİ ŞƏXSİYYƏT

Dövlətimizin inkişaf tarixini yaradan, tarix yazan DAHİ ŞƏXSİYYƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün müstəqil, güclü və qalib Azərbaycan beynəlxalq aləmdə söz sahibi, iqtisadiyyatı davamlı inkişaf edən bir ölkədir. Azərbaycanın bugünkü uğurlarının təməli müstəqil dövlətimizin memarı və qurucusu, hər zaman fəxr etdiyimiz və qürur hissi ilə xatırladığımız ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyətdir. Ulu öndər Azərbaycan xalqının və dövlətimizin inkişaf tarixini yaradan, tarix yazan dahidir. Ümummilli liderin hələ sovetlər dönəmində - 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik edərkən həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib. XX əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə edən Azərbaycan siyasi böhran, iqtisadi tənəzzül dövrünü yaşayırdı. 1993-cü ildə xalqın təkidli istəyilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu və ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. 

Ulu öndər Heydər Əliyevin ölkədə sabitlik yaradılması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır.

Məhz ölkəmizdə bazar iqtisadiyyatının təşəkkül tapmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüş Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə – bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur.

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.” deyən Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir. Xəzərin Azərbaycan hissəsində dünyanın tanınmış neft şirkətləri ilə yataqların birgə işlənməsi üzrə ilk sazişlərin, "Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizin parlaq gələcəyinə stimul yaradan yeni neft strategiyası Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi.

Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail olmaq üçün ciddi tədbirlər həyata keçirmişdir. Müstəqillik illəri ərzində Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesinə ciddi diqqət yetirilmiş, əsası Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndirilmişdir. Heydər Əliyevin müvafiq sərəncamları ilə 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi, 1999-cu il yanvarın 20-də Hərbi Akademiya yaradılması, 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin təşkil edilməsi nəticəsində ordu quruculuğunda fundamental nailiyyətlər əldə olub.

Bu gün müasir, güclü, davamlı inkişaf edən Azərbaycan ulu öndər Heydər Əliyevin Şah Əsəridir!

Dövlətimizin inkişaf tarixini yaradan, tarix yazan DAHİ ŞƏXSİYYƏT

Ümummilli Lider Heydər Əliyev üçün öz həyatından, canından artıq Azərbaycanın müstəqilliyini qorumaq, saxlamaq, əbədi etmək idi. O, bunu bacardı və əmin əllərə etibar etdi

Bu gün də Ulu Öndərin ideyaları Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndərin siyasi xəttini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qalib ölkə kimi Qafqazın lider dövləti olaraq çox sürətlə inkişaf edərək dünya ölkələri arasında özünə layiqli yer tutub.

Biz fəxr edirik ki, Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın vətəndaşlarıyıq.

Elnur Abbaszadə

"Ata-Hüquq” şirkətinin rəhbəri 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR